– Yaponiyanın Aomori prefekturasının Şiriya burnunda yerləşən dəniz mayakı. Tohoku regionundakı ilk Qərb üslubundakı mayakdır. Yaponiyadakı azsaylı kərpic mayaklardan biridir.

Tarixi Şiriyazaki mayakı britaniyalı mayak inşaatçısı Riçard Henri Branton tərəfindən tikilmiş və 20 oktyabr 1876-cı ildə istifadəyə verilmişdir. Yaponiyada ilk duman zəngi bu mayakda quraşdırılmışdır. 1901-ci ilin dekabrında Şiriyazaki mayakı elektrik generatoru ilə təchiz olunmuş və Yaponiyada elektriklə işləyən ilk dəniz mayakı olmuşdur. Optik cihazı Fransada yerləşən Ekmül mayakı əsasında modellənmişdir.

1951-ci ildə Şiriyazaki mayakı bərpa olunmuşdur. 1983-cü ildə mayakda təmir işləri aparılmış, zəlzələyə qarşı davamlı hala gətirilmişdir.

Şəhər əfsanəsi İkinci Dünya müharibəsi zamanı – 14 iyul 1945-ci ildə Şiriyazaki mayakı ABŞ donanması tərəfindən məhv edilmiş və mayakın radio əlaqəsi otağında işləyən 42 yaşlı mühəndis Murao insident zamanı ölmüşdür. Növbəti ilin yayında mayakdan işıq gəldiyi barədə şayiələr yayılmışdır. Bir neçə balıqçı mayakın işığı sayəsində güclü dumandan xilas olduqlarını və sahilə çıxa bildiklərini bildirmişdirlər. Burada ölmüş mühəndis Muraonun ruhunun mayakın işığını yandırdığına dair şəhər əfsanəsi yaranmışdır. Gəmiçilik şirkətlərindən biri mayakdan gələn işıq barədə sorğu başlatsa da, qəzalı vəziyyətdə olan mayakın işığı barədə sirrin üstü açılmamışdır. Avqust ayında mayakda müvəqqəti işığın quraşdırılmasından sonra bu şayiələr kəsilmişdir.

Xüsusiyyətləri Şiriyazaki mayakı 32,82 metr hündürlüyəndir və dəniz səviyyəsindən 45,7 metr hündürlükdə yerləşir. Kərpicdən tikilmişdir. 2017-ci ildə Maddi Mədəni Mülk statusu almışdır. Yaponiya Mayak Assosiyası tərəfindən "Yaponiyanın 50 mayakı" siyahısına salınmışdır. 1 iyun 2018-ci ildə Şiriyazaki mayakı 16-cı gəzinti mayakı kimi ictimaiyyətə açıq elan olunmuşdur.

İstinadlar

Kateqoriya:Yaponiya mayakları Kateqoriya:1876-cı ildə yarananlar Kateqoriya:Aomori prefekturası tikililəri Kateqoriya:Meyci dövrünün tikililəri Kateqoriya:Yaponiyanın qeydiyyata alınmış maddi mədəni mülkləri