Frederik Tramp (ilk adı: Fridrix Tramp; ; ) — alman mənşəli ABŞ iş adamı və Tramp ailəsinin patriarxı. Bavariya Krallığının Kallştadt şəhərində (indiki Reynland-Pfalz, Almaniya) anadan olub, 16 yaşında ABŞ-yə mühacirət edib və burada bərbər kimi işləyib. Bir neçə il sonra, 1891-ci ildə ölkənin şimal-qərb hissəsinə köçmüş, Kanadada restoran və bordel açaraq sərvət toplamışdır. Daha sonra Kallstadta qayıtmış və burada Elizabet Krist ilə evlənmişdir. O, icbari hərbi xidmətini başa vurmadan mühacirət etdiyi üçün Bavariya hakimiyyəti onu vətəndaşlıqdan məhrum edib. Frederik Tramp ailəsi ilə birlikdə ABŞ-a qayıtmış, 1892-ci ildə Amerika vətəndaşı olmuşdur.

O, Fred Krist Tramp və Con Corc Trampın atası, ABŞ-ın 45-ci prezidenti Donald Trampın babasıdır.

İstinadlar

Kateqoriya:Bronks şəxsləri Kateqoriya:Tramp ailəsi Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:1918-ci ildə vəfat edənlər Kateqoriya:30 mayda vəfat edənlər Kateqoriya:Reynland-Pfaltsda doğulanlar Kateqoriya:1869-cu ildə doğulanlar Kateqoriya:14 martda doğulanlar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər