Artyom Çex () — ukraynalı yazıçı və jurnalist. Ukrayna Silahlı Qüvvələrinin əsgəri kimi o, Donbasdakı müharibədə və Rusiya-Ukrayna müharibəsi iştirakçısı.

Həyatı Artyom Çex 1997-ci ildə musiqi məktəbini (fortepiano, gitara, boru) bitirib. 2002-ci ildə Çerkası şəhərində orta məktəbi bitirib. 2002-ci ildən Kiyevdə yaşayıb, 2002–2007-ci illərdə Ukrayna Mədəniyyət və İncəsənət İdarəetmə Kadrları Dövlət Akademiyasında təhsil alıb.

2008-ci ilin dekabr ayından etibarən Çerniqov vilayətinə gedib. Uzun müddət orada yaşayıb.

2012-ci ildə Kiyevə qayıdıb.

2015-ci ilin aprelindən 2016-cı ilin iyulunadək Ukrayna Silahlı Qüvvələrində xidmət göstərib.

Artyom Çexin həyat yoldaşı yazıçı və rejissor İrina Tsilıkdır. Onların Andrey adında bir oğlanları var.

Təhsil aldığı müddətdə rus dilində yazırdı, amma rus dilində heç nə dərc etməyib, müsabiqələrə yazılarını təqdim etməyib.

Universitetin qiyabi şöbəsinə keçən Artyom, ukraynaca yazmağa başlayıb, ilk romanı 2007-ci ildə "Folio" nəşriyyatının "Gənclər şəhəri romanı" müsabiqəsinin qalibi olub.

2007-ci ildən o, 16-dan çox kitab yazmışdır, onlardan bəziləri alman, ingilis, polyak, çex və rus dillərinə tərcümə edilmişdir.

Kitabları Bunu Yandex-də tapa bilməyəcəksiniz, "Folio", 2007 Kinya, "Fakt", 2007 Anatomik Atlas. Qurbağa olmaq çətindir, "Folio", 2008 Plastik, "Folio", 2008 Sənəd 1, "Folio", 2009 Solda mavi qapılar, "Folio", 2010 Qızılgül siropları, "Folio", 2012 Awesome Ukrayna (İrina Tsilık ilə həmmüəlliflik), Osnovi, 2012 Ukraynada motor idmanının tarixi, Osnovi, 2012 94 gün. Avromaydan TSN-in gözü ilə, Osnovi, 2014 Müharibə TSN-in gözü ilə, Osnovi, 2015 Sıfır nöqtəsi, "Vivat", 2017 Rayon "D", "Meridian Czernowitz", 2019 Sən kimsən?, Meridian Czernowitz, 2021

Mükafatları 2007-ci ildə "Folio" nəşriyyatının "Gənclər şəhəri romanı" ikinci müsabiqəsinin qalibi olub. 2018-ci il yanvarın 26-da Ukrayna qəhrəmanı Mixail Jiznevskinin Hruşevski küçəsindəki abidəsi yaxınlığında "Mütləq sıfır" əsərinə görə "İşığın döyüşçüsü" ədəbi mükafatına layiq görülüb. 2 aprel 2018-ci ildə "Mütləq sıfır" əsərinə görə M. V. Qoqol mükafatı laureatı olub. 2019-cu ilin noyabrında o, Cozef Konrad mükafatına layiq görülüb. "Rayon D" romanı 2019 BBC İlin Kitabı Mükafatı üçün qısa siyahıya düşüb. 2021-ci ildə "Sən kimsən?" əsəri BBC-nin "İlin kitabı" seçilib.

İstinadlar

Kateqoriya:Ukrayna tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:Ukraynalı yazıçılar Kateqoriya:Ukrayna yazıçıları