Hüseynuşağı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaralar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Ulaşlı kənd Sovetindən Hüseynuşağı kəndi Qaralar kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.

Toponimikası Yaşayış məntəqəsini hüseynuşağı nəslindən olan ailələr saldığı üçün belə adlanmışdır. Əsasən Hüseyinuşağılılar təşkil edir. Sonralar Qarabağdan əbilli və Dağıstandan xələflilər nəslinə mənsub ailələr də köçüb bura gəlmişdilər.

Coğrafiyası və iqlimi Kənd Həkəri çayının sahilində, Yazı düzündə yerləşir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qubadlı rayonunun kəndləri