Viktoriya Yuriyevna Amelina (;) — sonradan Viktoriya Amelina kimi tanınan ukraynalı yazıçı.
O, iki romanın və uşaq kitabının müəllifi, Cozef Konrad Ədəbi mükafatın laureatı və Ədəbiyyat üzrə Avropa İttifaqı mükafatının finalçısı olub.
Erkən həyatı və təhsili Viktoriya Amelina Lvovda anadan olub. O, on dörd yaşında atası ilə birlikdə Kanadaya mühacirət etsə də, daha sonra Ukraynaya qayıdıb. 15 yaşında Moskvada rus dilində keçirilən müsabiqədə Lvovu təmsil etmək üçün seçilib. Lvovda kompüter elmləri üzrə təhsilini başa vurduqdan sonra, Amelina 2015-ci ildə tam ştatlı yazıçı və şair olmamışdan əvvəl İT sahəsində karyerasına başlamışdır.
Fəaliyyəti 2015-ci ildən, Синдром листопаду, або Homo Compatiens (Payız sindromu: haqqında və ya Homo Compatiens) adlı ilk kitabı nəşr edildikdən sonra o, vaxtını yalnız yazmağa həsr etdi. Onun debüt romanı 2014-cü ildə Maydanda baş verən hadisələrdən bəhs edir; romanın ön sözünü isə Yuri İzdrık yazmışdır. Roman bir neçə ədəbi mükafata layiq görülüb. Əsər, Ukraynadan və Avropadan olan tənqidçilər və alimlər tərəfindən müsbət qarşılanıb.
2016-cı ildə Amelina uşaqlar üçün "Хтось, або водяне серце" (Kimsə və ya Su ürəyi) adlı kitabını nəşr etdirib.
2017-ci ildə o, 1990-cı illərdə polşalı yəhudi yazıçısı Stanislaw Lemin uşaqlıq illərində yaşadığı Lvovdakı mənzilində yaşayan sovet polkovnikinin ailəsi haqqında "Дім для Дома" (Domun xəyal krallığı) romanını nəşr etdirdi. Roman 2017-ci ildə LitAkcent Ədəbi mükafatına layiq görülüb. 2019-cu ildə isə Avropa İttifaqının Ədəbiyyat mükafatının siyahısına salınıb. 2023-cü ildə Amelinaya kitabı üçün İngiltərənin nəşriyyatlarından biri ilə müqavilə təklif olundu.
Amelina PEN International-ın üzvü idi. O, 2018-ci ildə Hindistanda keçirilən 84-cü Ümumdünya PEN konqresində Ukraynadan nümayəndə kimi iştirak edib və ukraynalı kinorejissor və Rusiyada siyasi məhbus Oleq Sentsov haqqında məruzə edib. 2021-ci ildə Cozef Konrad Korzeniovski Ədəbi mükafatı laureatçısı olub. Elə həmin il o, Donetsk vilayətində keçirilən Ədəbiyyat festivalına qatılıb.
2022-ci ildən o, həm də şeir yazmağa başlayıb. O, bunun motivasiyasını izah edərək: "Müharibəni bizdən uzaqlaşdıran budur. Cümlələr mümkün qədər qısa, durğu işarələri lazımsız, dəbdəbə, süjet aydın olmasa da, lakin hər bir söz çox məna daşıyır. Bütün bunlar poeziyaya da, müharibəyə də aiddir" — deyə vurğulayıb. Onun nəsr və şeirləri bir çox başqa dillərə tərcümə olunub.
2023-cü ilin iyununda Amelinaya köçkün ukraynalı yazıçılar üçün Parisdə bir illik rezidentura verildi. O, rezidentura təhsili boyunca özünün "Müharibəyə baxan qadınlara baxış" kitabını bitirməyi planlaşdırırdı. O, rezidentura təhsili başlamazdan əvvəl o, öldürüldü.
Əsərləri "Синдром листопаду, або Homo Compatiens, The Fall Syndrome or Homo Compatiens" (Discursus, 2014) "Синдром листопаду, або Homo Compatiens, The Fall Syndrome or Homo Compatiens" (Віват, 2015) "Хтось, Або Водяне Серце, Somebody or Waterheart" (Видавництво Старого Лева, 2016) "Дім для Дома, Dom's Dream Kingdom" (Видавництво Старого Лева, 2017) "Е-е-есторії екскаватора Еки, Stories of Eka the Excavator" [Архівовано 28 липня 2021 у Wayback Machine.] (Львів: Видавництво Старого Лева, 2021) .
Antologiyalar "Це зробила вона, She Did It" (Видавництво "Видавництво", 2017) "Лялька, Doll" (Видавництво Старого Лева, 2018) "Мости замість стін, Bridges Instead of Walls" (Видавництво Старого Лева, 2020) "Що дасть нам силу?, What Gives Us Strength" (Дух і літера, 2020) "Ковчег "Титанік". 20 есеїв про людство зразка 2020–го, The Arc Called Titanic. 20 Essays on Humanity of 2020" (онлайн-антологія 27 Bookforum, 2020)
Şəxsi həyatı və ölümü Amelina bir oğlu anası idi. 2022-ci ildən Amelina Kiyevdə yaşayırdı.
2023-cü ilin iyununda Parisdə rezidentura təhsilini bitirdikdən sonra Amelina 12 yaşlı oğlu ilə birlikdə oraya köçməyi düşünürdü.
27 iyun 2023-cü ildə o, Hektor Abad, Sercio Xaramillo və Katalina Gomez ilə birlikdə RİA Pizzada yemək yeyərkən Rusiyanın Kramatorska hücumu zamanı yaralanıb. Restoran İsgəndər 9K720 raketi ilə vurulmuşdu. Amelina aldığı xəsarətlərdən iyulun 1-də Dneprdəki Meçnikov xəstəxanasında 37 yaşında vəfat etdi. O, Lvovda dəfn edilib.
İstinadlar
Xarici keçidlər
Amelina's essay at Eurozine.com: "Cancel culture vs. execute culture. Why Russian manuscripts don't burn, but Ukrainian manuscripts burn all too well", 31 March 2022. "Under the Sign of Peace". An excerpt from the novel The Fall Syndrome by Amelina in Apofenie literary magazine. Amelina's column in Arrowsmith about Russian-Ukrainian war in Donbas affecting her family] "Nothing bad has ever happened: a tale of two genocides, the Holocaust and the Holodomor", Irish Times, 19 may 2022. Amelina's essay reflecting on the dramatic history of Ukraine including the Holocaust and Holodomor.
Kateqoriya:Ukraynanın qadın şairləri Kateqoriya:"Lvov Politexnikası" Milli Universitetinin məzunları Kateqoriya:Lıçakov qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Ukraynalı yazıçılar Kateqoriya:Ukrayna yazıçıları Kateqoriya:XXI əsr qadın yazıçıları Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda)