Lidiya Olekseyevna Belozyorova (; ) — Ukraynalı teatr və kino aktrisası. O, ilk fəaliyyətnə Nikolay Kuliş Teatrında rəssam kimi başlayıb. Peşəkar karyerasına 1968–1969-cu illərdə Rivne Musiqili-Dram Teatrında başlayan Lidiya, sonrakı fəaliyyətini 1969–1972-ci illərdə Mariya Zankovetska Teatrında və nəhayət, Nikolay Sadovski adına Musiqili-Dram Teatrında davam etdirib. Belozyorova Nikolay Sadovski adına Musiqili Dram Teatrında 100-dən çox dram və musiqili tamaşada çıxış edib. O, Ukrayna SSR əməkdar artisti, Ukraynanın xalq artisti adlarına layiq görülüb və 3-cü dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edilib.

Həyatı Lidiya Belozyorova 31 mart 1945-ci ildə Xersonda anadan olub. 1963-cü ildə o, Nikolay Kuliş Teatrında rəssam kimi fəaliyyətə başlayıb. Belozyorova 1968-ci ildə İ. K. Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin məzunu olub.

O, 1968–1969-cu illərdə Rivne Musiqili-Dram Teatrında, 1969–1972-ci illərdə isə Mariya Zankovetska Teatrında aktrisa kimi çalışıb. 1972-ci ildə Belozyorova Nikolay Sadovski adına Musiqili Dram Teatrında çalışmağa başlayıb və teatrda 100-dən çox dram və musiqi tamaşalarında rol alıb.

Kinoda da rolları var idi. O, 1971-ci ildə çəkilmiş "Şən Jabokriçilər" filmində Parasya rolunu, 1972-ci ildə Boris İvçenkonun "İtirilmiş məktub" filmində kazakın arvadı və 1975-ci ildə İsaak Şmarukun "Sadə qayğılar" filmində Valeriya obrazını canlandırıb. Belozyorova 2005–2007-ci illərdə "Muxtarın qayıdışı" televiziya proqramının ikinci, üçüncü, dördüncü, beşinci və altıncı seriyalarında rol alıb.

Belozyorova, aktyorluğu ilə yanaşı güclü səsə də sahib idi. O, adətən müxtəlif yaş, temperament, xarakter və millətdən olan qəhrəmanları canlandırırdı.

Belozyorova 2022-ci il fevralın 15-də Vinnitsada vəfat edib.

Fevralın 17-də günortadan sonra Vinnitsa şəhərinin Nikolay Sadovski adına Musiqili Dram Teatrında Belozyorovanın xatirəsinə, ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi təşkil olunub.

Teatr işi

Odarka ("Dunayın o tayında kazak") Natalka Poltavka ("Natalka Poltavka") Mariya ("On ikinci gecə") Tevyenin arvadı ("Xatirə duası") Bayadera ("Bayadera") Mirandolina("Mirandolina") Hanuma ("Hanuma") Lyubov Fedorovna ("Mazepa") Bobrençixa ("Marusya Çuray") Pamela ("Əziz Pamela") Bernarda Alba ("Bernard Albanın evi") Mariya Vasilyevna ("Vanya əmi") Marselina ("Dəli gün və ya Fiqaronun evliliyi") Dulskaya ("Xanım Dulskayanın mənəviyyatı").

Kinoda rolu 1971 — "Şən Jabokriçilər" (rejissor; Viktor İvanov) — Parasya 1972 — İmiş məktub— kazak Vasilinin arvadı, Cadugər, İmperatriça 1973 — Sol ekstremalın babası — epizodik rol 1975 — Sadə narahatlıqlar (rejissor; İsak Şmaruk) — Taisiya 2005 — Muxtarın qayıdışı / Köpək.gi | 9 seriya — İqorun qonşusu 2007 — Muxtarın qayıdışı 4-cü sezon / Kino ulduz | 3 seriya — Anastasiya Sergeyevna

Mükafatları 1993-cü ildə o, Ukraynanın əməkdar artisti adına və eyni zamanda da Ukraynanın xalq artisti adına layiq görülüb. Belozyorova 2001–2002-ci illərdə "teatr işinə görə" Nikolay Zarudni mükafatı laureatı adına layiq görülüb. 2003-cü ildə isə O, 3-cü dərəcəli "Knyaginya Olqa" ordeni ilə mükafatlandırılıb.

İstinadlar

Xarici keçidlər Лидия Белозёрова

Kateqoriya:III dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edilənlər Kateqoriya:Ukraynanın əməkdar artistləri Kateqoriya:Ukraynanın xalq artistləri Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Ukrayna aktrisaları Kateqoriya:Ukrayna SSR əməkdar artistləri Kateqoriya:XX əsr aktrisaları