Babaylı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Məmmədbəyli kənd inzibati ərazi dairəsində kənd.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Tarixi Babaylı kəndi 1917-ci ildə Baba Yaqublu şəklində qeydə alınmışdır. Görünür, sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Etnotoponimdir. Toponimikada belə bir məlumat da var ki, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Babaylı kəndindən köçüb gələnlər saldığına görə belə adlanmışdır.
Əhalisi
Tanınmışları Şamil Xudiyev (1928–1999) — İqtisad elmləri doktoru (1989). Zabil Müqabiloğlu — Jurnalist.
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri