"Blef", adının digər variasiyası - "Blef - fırıldaqçıların və kələkbazların hekayəsi" () - 1976-cı ildə baş rollarda Adriano Çelentano və Entoni Quinnin çəkildiyi italyan cinayət komediya filmi. Bu filmdəki roluna görə Çelentano “David di Donatello” İtaliya Milli Film Mükafatını qazanmışdır.
Süjet xətti
Filmdəki hadisələr təxminən 1930-cu illərin əvvəllərində Fransada baş verir.
Ölümcül gözəlliyi olan Bell-Dukun (mafiyanın başçısı və kazino sahibi) dəmir barmaqlıqlar arxasında vaxtını keçirən məşhur fırıldaqçı Filip Banq ilə köhnə hesabları vardır. Filip Banq yol getdikləri qatarın məhbuslar üçün nəzərdə tutulmuş olan tualetindəki ventilyasiyadan qaçmağa qərar verir, lakin işlər elə gətirir ki, onun yerinə Feliks adlı başqa bir fırıldaqçı qaçır. Onu Banqla səhv salan Bell-Dukun əlaltıları onu qadının yaxtasına aparırlar və burada oyundan sonra aldadıldıqları üzə çıxır. Feliks də onu görən an yoxa çıxmış və onun üçün zanbaq çiçəyi qoymuş füsunkar bir qəriblə tanış olur. Filiplə barışmaq üçün Bell-Duk və onun əlaltıları Feliks adlı bu fırıldaqçını Filip Banqın həbsdən qaçışını təşkil etməyə məcbur edirlər.
Qaçış müvəffəqiyyətli olsa da, bir neçə fırıldaqçı da Bell-Duku aldatmağa və onun burnunun dibindən yoxa çıxmağa nail olurlar. Həmçinin məlum olur ki, Filip Banq da öz növbəsində Bell-Dukdan qisas almaq istəyir. Bunun üçün o, poker blefinə oxşayan möhtəşəm bir kələk planlaşdırır.
İstinadlar Kateqoriya:Fransa haqqında filmlər Kateqoriya:1976-cı ilin filmləri Kateqoriya:İtaliyanın komediya filmləri Kateqoriya:Cinayət komediya filmləri Kateqoriya:Fırıldaqçılar haqqında filmlər Kateqoriya:1920-ci illər haqqında filmlər Kateqoriya:İtalyanca filmlər