2024 FIFA Seriyası () — FIFA tərəfindən müxtəlif qitə konfederasiyalarından olan milli komandaların dəvət olunduğu və yoldaşlıq görüşlərinin keçirilməsindən ibarət olan FIFA seriyası yarışlarının hal-hazırda davam etməkdə olan ilk yarışıdır. Yarış 21–26 mart 2024-cü il tarixlərində beş ev sahibi ölkədə keçirilməsi nəzərdə tutulan beş fərqli seriyadan ibarət olacaq.

İdeyası Yoldaşlıq yarışı ilk dəfə 2022-ci ilin dekabrında "FIFA World Series" adı altında FİFA təşəbbüsü kimi elan edilmiş və daha sonra FIFA prezidenti Canni İnfantino tərəfindən 16 mart 2023-cü ildə FİFA-nın 73-cü Konqresində yenidən bu vəzifəyə seçildikdən sonra təsdiq edilmişdir. Yarış, altı konfederasiyanın kişi milli komandalarını cüt illərin mart ayında FIFA matçları pəncərəsində bir sıra yoldaşlıq turnirlərində bir araya gətirəcək. Müsabiqə FIFA-nın üzvü olan assosiasiyalara digər konfederasiyaların komandaları ilə daha müntəzəm oynamağa imkan verməklə onlara "vacib oyun imkanı" təqdim etmək məqsədi daşıyır və bu, daha böyük texniki inkişaf imkanlarına şərait yaradır. O, həmçinin üzv assosiasiyaları əlavə kommersiya imkanları və əlaqələrlə təmin etmək üçün nəzərdə tutulub.

2024-cü il yarışları müsabiqə üçün pilot mərhələ kimi çıxış edəcək. Misirdən başqa (ən son əlavə edilib) hər seriyada bütün konfederasiyalararası oyunlar tərəflər arasında ilk beynəlxalq görüş olacaq.

İştirakçı komandalar 2024-cü ildə keçiriləcək müsabiqədə aşağıdakı komandalar iştirak edəcək. SeriyaKomandaKonfederasiyaFIFA ReytinqiFevral 2024ƏlcəzairCAF43UEFA164CONMEBOL86CAF58AzərbaycanUEFA113UEFA83AFC190CAF119MisirUEFA10CAF36OFC103CAF41Səudiyyə Ərəbistanı AAFC179CAF65CAF79CONCACAF157Səudiyyə Ərəbistanı BCONCACAF171AFC194CAF76OFC170Şri-LankaAFC184CAF129OFC165AFC204

Konfederasiyalar üzrə KonfederasiyaTəmsilçi sayıAFC5CAF9CONCACAF2CONMEBOL1OFC3UEFA4

Stadionlar

ÖlkəŞəhərStadionTutumuƏlcəzairƏlcəzairNelson Mandela stadionu40 784Ənnabə19 May 1956 stadionu56 000AzərbaycanBakıDalğa Arena6 500Tofiq Bəhramov adına Respublika Stadionu31 200MisirQahirəQahirə beynəlxalq stadionu75 000Misirin yeni paytaxtıMisr stadionu93 940Səudiyyə ƏrəbistanıCiddəKral Abdulla idman şəhəri62 345Şahzadə Abdulla Əl-Faysal idman şəhəri27 000Şri-LankaKolomboKolombo ippodromu10 000

Həmçinin bax FIFA Dünya Kuboku

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:2024-cü ildə futbol