thumb|Qabaq tərəfindən yükləyən zibil maşını
thumb|Arxa tərəfindən yükləmə həyata keçirilən 14,5 m³-lik tullantı konteyneri
thumb|Yan tərəfindən yükləmə həyata keçirilən tullantı maşını
thumb|Çömçəsi ilə yükləmə həyata keçirən zibil maşını
Zibil maşını — az miqdarda yığılmış tullantıları yığıb zibil saxlama yerlərinə daşımaq üçün nəzərdə tutulmuş olan yük maşını növü. Bu maşınlara texniki cəhətdən “tullantıların yığılması maşını” da deyilir. Zibilin yük maşınına yüklənməsi üsullarına görə onların beş əsas modeli mövcuddur.
Kateqoriya:Yük avtomobilləri
Növləri
Qabaq tərəfdən yükləmə Qabaq tərəfdən yükləmə üsulundan istifadə edən yük maşınları, ümumiyyətlə, iri sənaye müəssisələrinə xidmət edən qapalı nəqliyyat vasitələridirlər. Yük maşınının sürücüsü avtomobilin qarşısında yerləşən iki qoldan ehtiyatla istifadə edərək zibil qabını avtomobilin üzərinə qaldırır və əksinə çevrilmiş olan konteynerdəki zibilləri maşına tökür. Maşına tökülən zibillər presləmə sistemi ilə sıxılır və beləliklə də yük maşınına daha çox zibil yığmaq imkanı yaradılır.
Arxa tərəfdən yükləmə Arxa tərəfdən yükləməyə sahib olan yük maşınları zibil yığılan yerlərdə zibil konteynerlərinin yanında dayanır və eyni zamanda da bu maşınlara zibil torbaları da atıla bilər. Zibil qabları (konteyner) maşının arxa tərəfində olan operatorun köməyi ilə maşına tökülür. Yük maşınına atılan zibillər preslə sıxılır və beləliklə də maşında daha az yer tutur.
Yan tərəfdən yükləmə Tullantılar bu maşınlara ya əllə, ya da xüsusi avadanlığın köməyi ilə atılır. Yenə də bu maşınlara atılan zibillər preslənir. Konteyneri yükləmək üçün lazımi avadanlıqla təchiz edilmiş bu maşınlara zibilləri yükləmək üçün sadəcə olaraq bir nəfər kifayət edir.
Hava ilə yükləmə (pnevmatik) Pnevmatik yük maşınları küçə və ya prospektlərdə yığılmış olan zibilləri boru vasitəsilə hava ilə çəkərək yığır. Sadə bir formalı tozsoran üsulundan istifadə edir.
Çömçə ilə yükləmə Çömçəsi olan zibil maşınları daha çox nizamsız olaraq yığılan və əllə qaldırılması mümkün olmayan ağır və iri zibillərin yığılması üçün istifadə olunur. Kateqoriya:Tullantıların idarə olunması Kateqoriya:Ekoloji mühəndislik Kateqoriya:Sanitariya Kateqoriya:Təmizləmə Kateqoriya:Kanalizasiya