Fazil Qaraoğlu (tam adı: Fazil Qara oğlu İsmayılov; ) — Quran kitabını ilk dəfə iki dilə həm Azərbaycan, həm də rus dilinə çevirən tək mütərcim, professor.
Həyatı 1947-ci ildə İmişli rayonunun Qaradonlu kəndində anadan olub.
Ailəsi Məlumatlara görə bir qızı var, o da Fransada yaşayır.
Fəaliyyəti Quran kitabını ilk dəfə hər iki dilə — həm Azərbaycan, həm də rus dilinə çevirən tək tərcüməçidir. "Tarixi həqiqətlər", "Erməni saxtakarlığını ifşa edən əsər", "Soyqırım yalanını təsdiq edən ermənilər və ruslar", "Soyqırım yalanını təsdiq edən ermənilər və ruslar, "Ağlasığmaz xəyanət", "Erməni məsələsi və türk-müsəlman soyqırımı", "Erməni məsələsinə dair tarixi həqiqətlər", "Vətənə, xalqa həsr olunmuş ömür", "Peyğəmbərimiz Hz. Məhəmmədin həyatı", "Mikologiya elmi bizə nələr deyir" əsərlər ilə yanaşı "Ermənilər və həqiqətlər sənədlərdə" mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cilddə kitab yazıb və nəşr etdirib.
Haqqında On dörd il Ankarada Qazi Universitetində çalışıb. Prezident Ərdoğanın şəxsi tapşırığı ilə Osmanlı arxivlərində araşdırma aparmaq icazəsi alıb. Fazil Qaraoğlu bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində çıxış edən ikinci azərbaycanlıdır. 2025-ci ilin oktyabrında vəfat edib.
Kitabları Коран. Перевод проф. Ф. Караоглы. Анкара: Управления по делам религии Турецкой Республики, 1994; третье издание, 2008. Qurani-Kərim və açıqlamalı məali. Azərbaycan dilinə tərc. ed. F. Qaraoğlu. Ankara: Baskı-Cild, 2003. Peyğəmbərimiz Hz. Məhəmmədin həyatı. Bakı: [s. n.], 2006. Türk-islam dünyası. Prof. Fazil Qaraoğlunun bəzi tərcümələri. I Cild. İslama giriş. Bakı: Nurlar, 2007; II Cild. İslam əxlaqı. Bakı: Nurlar, 2007. Ermənilər və həqiqətlər (rəsmi sənədlərlə). C. 1. Bakı: Nurlar, 2007; C. 2. Bakı: Nurlar, 2008; C. 3. Bakı: Nurlar, 2009; C. 4. Bakı: [n.y.], 2010; C. 5 ?; C. 6. Bakı: Elm, 2013; C. 7. ? Türk millətinin tarixi, qurduğu dövlətlər və ata-babaları. Bakı: Nurlar, 2007. Peyğəmbərimiz Hz. Məhəmmədin həyatı. Bakı: Qanun, 2011. (ikinci nəşri) Qurani-Kərim və açıqlamalı məali. Azərbaycan dilinə tərc. ed. F. Qaraoğlu. Bakı: Qanun, 2021. (ikinci nəşri) Qurani-Kərim və açıqlamalı məali. Azərbaycan dilinə tərc. ed. F. Qaraoğlu. Bakı: Qanun, 2023. (üçüncü nəşri)
Mükafatları thumb|250px|Tərcümə etdiyi "Quran" kitabından 500 nüsxə Heydər Əliyev Fonduna bağışladığı üçün Anar Ələkbərovdan xüsusi təşəkkür məktubu. Böyük Millət Məclisinin xüsusi təşəkkürnaməsi. Tərcümə etdiyi "Quran" kitabından 500 nüsxə Heydər Əliyev Fonduna bağışladığı üçün Anar Ələkbərovdan xüsusi təşəkkür məktubu alıb.
Həmçinin bax Məhəmməd Mövlazadə
İstinadlar
Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Quran tərcüməçiləri Kateqoriya:Türkiyə azərbaycanlıları