Türki — islam dünyasında fars və ərəb dillərindən fərqli olaraq bütün türk dillərini ifadə etmək üçün tez-tez istifadə olunan termin.Ildiko Beller-Hann The Oghuz split: the emergence of Turc Ajämi as a written idiom // Materialia Turcica. — С. 115.Tourkhan Gandjei, The Turkish inscription of Kalat-i Nadiri, Wiener Zeitschrift für die Kunde des Morgenlandes, Vol. 69 (1977), pp. 45-53
Müxtəlif zaman və regional kontekstlərdə türki linqvonimi aşağıdakıları ifadə edə bilər:
cığatay dili.Ildiko Beller-Hann The Oghuz split: the emergence of Turc Ajämi as a written idiom // Materialia Turcica. — С. 115. Azərbaycan dilinin tarixi adlarından biri.Willem Floor, Hasan Javadi The Role of Azerbaijani Turkish in Safavid Iran // Iranian Studies. Vol. 46. Issue 4. — 2013. — С. 569—581.Glanville Price. Azeri (by Tourkhan Gandjeï) // Encyclopedia of the Languages of Europe. — 2000 — С. 22. Cənubi Azərbaycanda indi də işlədilir. X–XIV əsrlər qədim türk ədəbi dili.М. З. Закиев Татары: проблемы истории и языка — Казань, 1995 г. Qədim tatar dili.. Qədim Anadolu dili. Ərəb ədəbiyyatında məmlük-qıpçaq dili.
Qərb akademik ədəbiyyatında türki sözü ilə əvvəllər yalnız şərqi türkcə (cığatay) dilini nəzərdə tutulurdu, bu da bəzən alimlər arasında səhvlərə yol açır.Ildiko Beller-Hann The Oghuz split: the emergence of Turc Ajämi as a written idiom // Materialia Turcica. — С. 115. Məsələn, Eduard Qranvil Braun mərkəzi İranda yaradılmış XV əsrin sonlarına aid "Tarix-i Xətai" mənbəsini cığatay dili kimi təsnif etmişdir, çünki tərcüməçi orijinal dili "türki" adlandırmışdır. Digər görkəmli alim Lourens Lokhart səhvən Nadir şahın doğma oğuz-türk dilini cığatay dili kimi müəyyən etmişdir.Tourkhan Gandjei, The Turkish inscription of Kalat-i Nadiri, Wiener Zeitschrift für die Kunde des Morgenlandes, Vol. 69 (1977), pp. 45-53
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Türk dilləri