Şahin Əyyub oğlu Mirzəyev () — Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri (2023-cü ildən), general-mayor (2023).
Həyatı Şahin Əyyub oğlu Mirzəyev 16 aprel 1968-ci ildə hazırkı Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Azərbaycan Texniki Universitetini bitirib.
Şahin Mirzəyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 17 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Şahin Mirzəyevə general-mayor ali hərbi rütbəsi verilib.
Ailəlidir, 2 övladı var.
İstinadlar
Kateqoriya:Naxçıvan Muxtar Respublikasının nazirləri