Çılğın kart (), Asan qazanılmış pullar və yaxud da əvvəlki adı ilə İstilik (), 1985-ci ildə nəşr olunmuş olanUilyam Qoldmanın eyniadlı romanına əsaslanaraq çəkilmiş olan Amerika istehsalı kriminal dram filmi. Filmin rejissoru Saymon Vest, ssenari müəllifi isə Qoldman olmuşdur. Filmin baş rollarında Jason Statham, Stanley Tucci, Sofia Vergara, Milo Ventimiqlia çıxış etmişdirlər. Film 30 yanvar 2015-ci ildə ABŞ-da nümayiş olunmuşdur.
Süjet xətti
Filmin baş qəhrəmanı Las-Veqasda mühafizəçi işləyən sabiq hərbçi Nik Eskalantedir. Onun ən böyük arzusu "çirkabla" dolu şəhərdən Venesiyaya köçməkdir. Ancaq bunun üçün böyük məbləğdə pula ehtiyacı vardır. Günlərin birində Bossu tərəfindən davamlı şəkildə döyülən fahişə Holliyə kömək etməyə razı olur. Onu incidənlərin dərslərini vermək qərarına gəlir. O ağlına belə gətirə bilməzdi ki, o nüfuzlu bir qanqsterə meydan oxumuşdur. Sonra canilər sözün əsl mənasında Nikin ovuna çıxırlar. Bu vəziyyətdə sağ qalmaq müşkil məsələdir. Ancaq dəfələrlə ölüm təhlükəsi ilə üz-üzə qalan Nik heç nədən qorxmur. Ən böyük arzusuna çatmayana qədər təslim olmaq fikrim də deyil.
İstinadlar
Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:Lionsgate filmləri Kateqoriya:Las-Veqas Valleydə çəkilmiş filmlər Kateqoriya:2015-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:2014-cü ilin dram filmləri Kateqoriya:Adaptasiyalara əsaslanan filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin detektiv romanlarına əsaslanan filmlər Kateqoriya:Las-Veqas haqqında filmlər Kateqoriya:ABŞ filmlərinin remeykləri Kateqoriya:Bəstəkar Dario Marianellinin filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri