– 1975-ci ildə Kazuhiko Yamaquçinin rejissorluğu ilə çəkilmiş Yaponiya istehsalı erotik qorxu filmi. Film qorxu janrının kaybyo və ya bakemono altjanrına aiddir. Filmdə türk hamamında işləyən qız sevgilisi tərəfindən öldürüldükdən sonra qisas almaq üçün pişik bədheybətinə çevrilir.

Rollarda Naomi Tani Yukino rolunda. Hideo Murota Yuzo rolunda. Misa Ohara Yukinonun bacısı Mayumi rolunda. Tayci Tonoyama hamamın meneceri Genzo Kakinuma rolunda. Tomoko Mayama Genzonun ikinci arvadı Utae Kakinuma rolunda. Terumi Azuma Genzonun qızı Natsuyo Kakinuma rolunda. Koci Fuciyama hamamın meneceri Toriyama rolunda. Sami Suzuki hamamın meneceri Saburo rolunda. Şinqo Yamaşiro gənc usta rolunda.

Qəbul 2022-ci ildə Mondo Macabro filmin 2K keyfiyyətdə olan versiyasını A regionunda Blu-ray formatında buraxmışdır.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiyanın qorxu filmləri Kateqoriya:1975-ci ilin filmləri Kateqoriya:Yaponiyanın erotik filmləri