Vbet — baş ofisi Ermənistanda yerləşən beynəlxalq mərc şirkəti. 2003-cü ildə Vahe və Vigen Bədəlyan tərəfindən yaradılmış "Vbet" idman mərcləri, onlayn kazino, poker, kiberidman və digər onlayn oyunlar üçün platforma təklif edir. Bu, "BetConstruct"un törəmə şirkətidir.

Tarixi Şirkət 2003-cü ildə Vahe və Vigen Bədəlyan qardaşları tərəfindən təsis edilmişdir. 2004-cü ildə "Vbet" o zaman Ermənistanda yeni bir şey kimi qəbul edilən onlayn veb-saytını istifadəyə vermişdir. 2009-cu ilə qədər "Vbet"in ölkə daxilində 300-dən çox mərc salonu var idi. Sonrakı illərdə şirkət genişlənməyə davam etmiş, təkliflərini və xidmətlərini şaxələndirməyə başlamışdır.

2014-cü ildə şirkət "Vbet" kimi fəaliyyət göstərən yeni ad və kimliklə beynəlxalq bazara çıxmışdır. Elə həmin il sonuncu Kürasao kiberidman lisenziyasını əldə etmişdir. Malta Mərc Oyunları Səlahiyyəti tərəfindən 2015-ci ildə, Birləşmiş Krallıq Qumar Komissiyası tərəfindən 2017-ci ildə, Onlayn Oyunlar üçün Tənzimləmə Orqanı tərəfindən 2018-ci ildə və 2020-ci ildə İsveçin Oyun Tənzimləmə Təşkilatı tərəfindən təsdiq edilmişdir.

Tərəfdaşları thumb| "Arsenal"–"Vbet" tərəfdaşlığı thumb| Yuri Corkayeff. Tərəfdaş: Müddət: Arsenal FK 2019–2020 Monako FK 2020– Pünik FK 2020– Futbol üzrə Ermənistan çempionatı 2020– Futbol üzrə Ermənistan kuboku 2020–

"Vbet" 2019-cu ildə WBA super ağır çəkidə dünya çempionatı zamanı Arsen Quləmiryan və avstraliyalı Keyn Votts arasında Parisdə keçiriləcək döyüşün baş sponsoru olmuşdur. "Vbet" sonradan "Univent" ilə birlikdə Quləmiryanın Marseldə Konstantin Bejaruya qarşı döyüşünün sponsoru olmuşdur.

Səfirləri Səfir Müddət Yuri Corkayeff 2019– Andrey Şevçenko 2020– İveta Mukuçyan 2019– Rey Parlor 2020–

2019-cu ildə "Vbet" yeni səfirlərini elan etmişdir. Bunlar arasında Fransa futbolçusu Yuri Corkayeff, "Arsenal" FK-nin sabiq futbolçusu Andrey Şevçenko, sabiq İngiltərə futbolçusu və şərhçisi Rey Parlor, Ermənistanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş İveta Mukuçyan və digər şəxslər var idi.

Lisenziyaları Controlled Skill Games — Malta Mərc Oyunları Səlahiyyəti tərəfindən; Casino and Pool Betting — Birləşmiş Krallıq Qumar Komissiyası tərəfindən; Class II software provider's — Rumıniya Milli Oyun Təşkilatı tərəfindən; Gambling software operating — Birləşmiş Krallıq Qumar Komissiyası tərəfindən; Combined Remote Operation — Birləşmiş Krallıq Qumar Komissiyası tərəfindən; Class 4 Remote Gaming — Malta Mərc Oyunları Səlahiyyəti tərəfindən.

Mükafatları "Vbet" 2018 BEGE mükafatlarında "Ən yaxşı onlayn operator" mükafatına layiq görülmüşdür.

"Vbet" 2020-ci ildə BR mükafatlandırma mərasimində "Ermənistanın ən yaxşı mərc şirkəti" kimi tanınmışdır.

İstinadlar

Xarici keçidlər Rəsmi sayt

Kateqoriya:2003-cü ildə yaranan şirkətlər Kateqoriya:Ermənistan şirkətləri Kateqoriya:Bukmeykerlər