İqor Muradyan (; ) — Ermənistan siyasətçisi, deputatı, siyasi fəalı və politoloqu. O, Zori Balayan, Silva Kaputikyan və Viktor Ambartzumyanla birlikdə Qarabağ hərəkatının ilk liderlərindən biri idi.

Həyatı İqor Muradyan 29 aprel 1957-ci ildə Ukrayna SSR-də, Odessada anadan olmuşdur və sovet dövründə çoxlu ermənilərin yaşadığı Bakıda böyümüşdür. O, Moskvada Plexanov adına Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Tomas de Vaalın dediyinə görə, "Muradyan sovet insayderi idi. O, İrəvanda dövlət planlaşdırma agentliyi "Qosplan"da iqtisadçı işləmiş və partiyanın kadrları arasında yaxşı əlaqələrə malik olmuşdur". 1990–1995-ci illərdə Ermənistan Ali Sovetinin deputatı olmuşdur.

Muradyan daha sonra tanınmamış Dağlıq Qarabağ Respublikasını "uğursuz sınaq" adlandırmış, onun hakimiyyətini öz mövcudluğu ilə bağlı dəqiq strategiya ortaya qoya bilmədiyi və Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil olması ideyasına qarşı mübahisə qaldırdığı üçün tənqid etmişdir.Armenian Analyst: NKR a Failed Experiment Haqqin.az. 20 August 2016.

İqor Muradyan 17 iyun 2018-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində vəfat etmişdir. O, "Yerablur"da dəfn olunmuşdur. Ölümündən sonra "Artsax Qəhrəmanı" adına layiq görülmüşdür.

Mükafatları "Mesrop Maştots" ordeni. İqor Muradyan 2 fevral 2015-ci ildə Dağlıq Qarabağ Milli Məclisi tərəfindən təltif edilmiş "Mesrop Maştots" ordenini geri qaytarmışdır. "Artsax Qəhrəmanı" (ölümündən sonra).

Nəşrləri İqor Muradyangeosiyasət və geoiqtisadiyyat üzrə məqalələrin müəllifidir. O, 1200 məqalə və 16 kitab yazmışdır, o cümlədən:

Игорь Мурадян։ Ракеты — последний аргумент США в Кавказско-Каспийском регионе. 11 июля 2007 Мадридские принципы – национальная катастрофа для армян։ Игорь Мурадян. 1 июля 2010 Таты – базовая составляющая азербайджанской государственности. Январь 4, 2010 Проблемы безопасности в ближневосточной политике США. Ер., "Антарес", 2003

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Ermənistan politoloqları Kateqoriya:Artsax Qəhrəmanları