thumb|"Kral öldü, yaşasın kral!" ifadəsi ilk dəfə 1422-ci ildə kral VI Karlın ölümündən sonra onun oğlu VII Karlı (yuxarıda göstərilən) Fransa kralı elan edilən zaman istifadə edilmişdir.
"Kral öldü, yaşasın kral!" () — müxtəlif ölkələrdə yeni monarxın hakimiyyətə gəlməsindən sonra edilən ənənəvi bəyanat. Görünən ziddiyyətli ifadə eyni zamanda əvvəlki monarxın ölümünü elan edir və yeni monarxı salamlayaraq davamlılığı təsdiqləyir.
Bu ifadə məşhur fraza şablonuna çevrilmişdir. İfadənin qismən epanalepsisə borclu olduğu yaddaqalan xarakterini, eləcə də onun tarixi əhəmiyyətini nəzərə alaraq, bu ifadə müntəzəm olaraq varislik və ya əvəzetmə mövzularında məqalələr, redaksiya məqalələri və ya reklamlar üçün başlıq kimi yaranır. Millətlər Liqasının memarlarından Robert Sesil Millətlər Liqasının yekun sessiyasındakı çıxışını "Liqa öldü. Yaşasın Birləşmiş Millətlər Təşkilatı" ifadəsi ilə yekunlaşdırmışdır.
Qeydlər
İstinadlar
Kateqoriya:Fransız dilində sözlər və ifadələr Kateqoriya:Monarxiya Kateqoriya:Zərbi-məsəllər Kateqoriya:Adət və ənənələr Kateqoriya:Fransada köhnə rejim