Türkiyə gürcüləri (; , ) — etnik gürcü olan və ya onların törəmələri olan Türkiyə vətəndaşları və sakinləri.
Statistika +Türkiyədə gürcüdilli əhaliFuat Dündar, Türkiye Nüfus Sayımlarında Azınlıklar, 2000 İl Birinci dil kimi İkinci dil kimi Ümumi Türkiyə əhalisi Ümumi natiqlərin %-i 1935 57,325 16,255 73,580 16,157,450 0.46 1945 40,076 9,337 49,413 18.790.174 0.26 1950 72,604 0 72,604 20,947,188 0,35 1955 51,983 24,720 76,703 24.064.763 0.32 1960 32,944 54,941 87,885 27.754.820 0.32 1965 34,330 44,934 79,234 31.391.421 0,25
1965-ci il siyahıyaalınmasında gürcü dilini birinci dil olaraq bilənlər mütənasib olaraq ən çox Artvin (3,7%), Ordu (0,9%) və Kocaelidə (0,8%) idi. Gürcülər əsasən iki böyük regionda cəmləşsələr də, onlar Türkiyənin hər tərəfinə səpələnmiş vəziyyətdə yaşayırlar:
Qara dəniz sahili – Giresun, Ordu, Samsun, Sinop, Amasya və Tokat illərindədir. Çveneburi gürcüləri (xüsusilə Fatsa, Ünye, Ordu, Terme və Çarşambada) öz dillərini və adət-ənənələrini böyük ölçüdə qoruyub saxlayırlar. Türkiyənin şimal-qərbi – Düzce, Sakarya, Yalova, Kocaeli, Bursa və Balıkəsir illərindədir.
"Magnarella" 1979-cu ildə Türkiyədə yaşayan gürcülərin sayının 60,000-dən çox olduğunu təxmin etmişdir.Peter A. Andrews & Rüdiger Benninghaus (1989), Ethnic Groups in the Republic of Turkey, Vol.
İmerxevlilər
alt=|thumb|
İmerxevililər () gürcü dilinin imerxevi dialektində danışan gürcülərin etnoqrafik altqrupu. Bu dialekt qonşu acar dialekti ilə bir çox ümumi xüsusiyyətləri bölüşür.Tuite, Kevin (1998), Kartvelian morphosyntax: number agreement and morphosyntactic oritntation in the South Caucasian languages , p. 178. İmerxevililər Artvin vilayətinin yerli əhalisidir.
Türkiyənin gürcü icmasında davam edən bəzi daxili fərqliliyi əks etdirən imerxevililər inklüziv acar kimliyini qəbul etmiş və Borçka regionunda yaşayan gürcülərdən fərqli mənşəli olduqlarını iddia edirlər. Yerli mədəniyyəti alimlərin diqqətinə çatdıran ilk şəxs 1910-cu ildə Şavşetidə ekspedisiyada olan zaman İmerxevi çayı boyunca bir neçə kənddən xalq ədəbiyyatı və etnoqrafik məlumatlar toplayan Nikolay Marr olmuşdur.Tuite, Kevin (1998), Kartvelian morphosyntax: number agreement and morphosyntactic oritntation in the South Caucasian languages , p. 178. Lincom Europa.
Çveneburilər
Çveneburilər () kökləri Gürcüstana dayanan və Türkiyədə yaşayan gürcülərin endonimi. Bu ad gürcü dilindən tərcümədə "bizdən olan, bizim kimi olan" mənasına gəlir. Müsəlman gürcülərin bu adlandırmanı özlərini xristian gürcülərdən, müsəlman türklərdən və oturaq müsəlman gürcülərdən ayırmaq üçün istifadə etdiyi güman edilir. Çveneburilər sünni məzhəbinin hənəfi qoluna mənsubdurlar.Fuat Dündar, Türkiye Nüfus Sayımlarında Azınlıklar, 2000
thumb|206x206px|1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsi zamanı Çürüksulu Əli Paşa (ön cərgədə, ortada) və Osmanlı gürcüləri. Müharibənin sonunda Osmanlı gürcülərinin Fatsada yerləşdirilməsinə Əli Paşa nəzarət etmişdir.BERAT YILDIZ, EMIGRATIONS FROM THE RUSSIAN EMPIRE TO THE OTTOMAN EMPIRE: AN ANALYSIS IN THE LIGHT OF THE NEW ARCHIVAL MATERIALS, BILKENT UNIVERSITY
Çveneburi gürcüləri Rusiya imperiyasının indi Çərkəz soyqırımı adlandırılan qırğınları səbəbindən üç miqrasiya dalğasında Türkiyəyə gəlmişdilər. Birinci dalğa 1828–1829-cu illər Rusiya–Osmanlı müharibəsi zamanı və ondan sonra baş tutmuşdur. Kiçik köç dalğaları 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsinin sonuna qədər davam etmişdir. Bu immiqrasiya dalğası Batumi və Qars kimi xeyli müsəlman əhalisi olan regionlardan ən azı 500,000 insanı əhatə edirdi. Nəticədə müsəlmanların çoxluq təşkil etdiyi bir çox regionlar faktiki olaraq əhalisiz qalmışdır.Peter A. Andrews & Rüdiger Benninghaus (1989), Ethnic Groups in the Republic of Turkey, Vol. 1, p. 174. Reichert, .
Son böyük miqrasiya dalğası 1921-ci ildə, Türkiyə sovet respublikaları ilə imzalanmış Qars müqaviləsinə əsasən Acarıstana dair iddialarından imtina edən zaman baş vermişdir. Bu son dalğa Acarıstandan olan türkdilli müsəlmanları da əhatə edirdi.
Mətbuat Türkiyənin ən önəmli gürcü mədəniyyət jurnalı "Çveneburi" adını daşıyır. 1977-ci ildə İsveçin Stokholm şəhərində Şalva Tevzadze tərəfindən təsis edilmişdir. 1968-ci ildə "Gürcüstan" kitabını yazmış Ahmet Özkan Melaşvili tərəfindən Türkiyədə dərc olunur. 1980-ci ildə Özkan Bursada "bozqurdlar" tərəfindən qətlə yetirilmişdir. Həmin vaxtdan dərginin rəhbəri Fəxrəddin Çiloğludur.http://www.chveneburi.net/tr/default.asp?bpgpid=1782 "Deda Ena Seti Çıktı" 1997-2006-cı illər arasında Osman Nuri Mercan jurnalın redaktoru olmuşdur. Digər bir jurnal, gürcü və türk dillərində dərc edilən "Pirosmani" gürcü katolik Simon Zazadzenin sponsorluğu ilə İstanbulda nəşr olunur.
Həmçinin bax Gürcüstan–Türkiyə münasibətləri Gürcüstanda islam Acarlar Pont yunanları Hemşinlilər İran gürcüləri
İstinadlar
Əlavə ədəbiyyat Black Sea: Encyclopedic Dictionary (Özhan Öztürk. Karadeniz: Ansiklopedik Sözlük. 2. Cilt. Heyamola Publishing. Istanbul. 2005. .) Paul J. Magnarella, The Peasant Venture: Tradition, Migration, and Change among Georgian Peasants in Turkey. (Schenkman Publishing Company: Cambridge, MA, 1979) Mikaberidze, Alexander (ed., 2007). Özkan, Ahmet. Dictionary of Georgian National Biography.
Xarici keçidlər Chveneburi Pirosmani / ფიროსმანი Gezgin, Ulas Basar (2004) Republican and Post-Republican Responses to New Georgian Nationalisms (PhD Proposal in Anthropology) . teori.org (includes a list of selected publications on the Georgian communities of Turkey)
Kateqoriya:Gürcü diasporu Kateqoriya:Türkiyədə yaşayan etnik qruplar