Qeyd-şərtsiz kapitulyasiya — təslim olan tərəfə heç bir zəmanət, arxayınlıq və vəd verilmədiyi təslimiyyət. Çox vaxt tamamilə məhv edilmə təhdidi ilə tələb olunur.

Yalnız qeyd-şərtsiz kapitulyasiyanın məqbul olduğunu elan etmək daha zəif rəqibə psixoloji təzyiq göstərir, lakin bu, həm də düşmənçilik müddətini uzada bilər. Tərəf adətən yalnız öz rəqibləri üzərində əhəmiyyətli üstünlüyə malik olduğu halda, qələbənin qaçılmaz olduğu düşünüldükdə qeyd-şərtsiz kapitulyasiyanı tələb edir.

Müasir dövrdə qeyd-şərtsiz kapitulyasiya daha çox beynəlxalq hüququn təmin etdiyi təminatları əhatə edir. Bəzi hallarda kapitulyasiya həqiqətən qeyd-şərtsiz qəbul edilir, digər hallarda isə şərtlər təklif edilir və qəbul edilir, lakin qüvvələrin simvolik məqsədlər üçün "qeyd-şərtsiz kapitulyasiya"ya tabe olduğu elan edilir. Bu cür təslimiyyət təslim edən tərəf tərəfindən qeyri-rəsmi olaraq razılaşdırılmış təminatların gözlənilməsi ilə də qəbul edilə bilər.

Nümunələr Bəni-Qureyzə Müsəlmanların çox az itki verərək taktiki cəhətdən rəqiblərinə qalib gəldiyi Xəndək döyüşündən sonra müsəlmanları məğlub etmək cəhdləri uğursuzluğa düçar olmuş, islam regionda nüfuz sahibinə çevrilmişdir. Nəticədə müsəlman ordusu Bəni-Qureyzə qəbiləsinin məhəlləsini mühasirəyə almış və onların qeyd-şərtsiz kapitulyasiyasına səbəb olmuşdur.Watt, Muhammad: Prophet and Statesman, pp. 167–174. İslamı qəbul edən bir neçə kişidən başqa bütün kişilər edam edilmiş, qadınlar və uşaqlar isə köləyə çevrilmişdir.Peterson, Muhammad: the prophet of God, p. 125-127.Ramadan, In the Footsteps of the Prophet, p. 140f.Hodgson, The Venture of Islam, vol. 1, p. 191.Brown, A New Introduction to Islam, p. 81.Lings, Muhammad: His Life Based on the Earliest Sources, p. 229-233.

Əfqanıstan müharibəsi 15 avqust 2021-ci ildə Əfqanıstan İslam Respublikası hökuməti və Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələri "Taliban"a qeyd-şərtsiz kapitulyasiya olmuşdular. Qeyd-şərtsiz kapitulyasiya münaqişəyə son qoymuş, "Taliban"a Əfqanıstanı ələ keçirməyə və ölkədə öz hökumətini qurmağa imkan vermişdir.

Qarabağ münaqişəsi 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda baş tutmuş İkinci Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı bəzi hallarda kimi təsnif edilmişdir. 2023-cü ilin sentyabrında Azərbaycan və Dağlıq Qarabağdakı erməni qüvvələri arasında döyüşlər baş tutmuşdur. Bir gün çəkən döyüşlərin nəticəsində Dağlıq Qarabağ Respublikası qeyd-şərtsiz kapitulyasiya etmişdir.

İstinadlar

Xarici keçidlər German Surrender Documents of WWII (US Historical Documents)

Kateqoriya:Hərbi strategiya Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Müharibə qanunları