Həsən Polatkan (; ) — Krım tatar əsilli türk siyasətçi və iqtisadçısı.
1950-ci ilin may-dekabr ayları arasında qısa müddətə Əmək və Sosial Müdafiə naziri, 1950-60-cı illərdə isə Türkiyə Cümhuriyyətinin Xəzinə və Maliyyə naziri vəzifələrində çalışıb. 27 may çevrilişindən sonra başlayan Yassıada məhkəmələri nəticəsində baş nazir Adnan Menderes və Xarici İşlər naziri Fatin Rüştü Zorlu ilə birlikdə İmralı adasında edam edilib. Həyatı thumb|left|Həsən Polatkan 1946-cı ildə İbtidai və orta təhsilini Əskişəhərdə alan Həsən Polatkan, 1936-cı ildə Siyasi Elmlər Məktəbini bitirib. Elə həmin il Ziraat Bankında müfəttiş köməkçisi kimi işə başlayan Həsən bəy 3 ildən sonra müfəttiş vəzifəsinə təyin olunub.
O, 21 iyul 1946-cı ildə Demokrat Partiyasından (DP) Əskişəhər millət vəkili seçilib. 14 may 1950-ci ildə keçirilən ümumi seçkilərdə yenidən Əskişəhər millət vəkili seçilən Polatkan mayın 22-də Adnan Menderes tərəfindən qurulan ilk hökumətdə Əmək və Sosial Müdafiə naziri vəzifəsinə təyin olundu. Dekabrın 14-də Xəzinə və Maliyyə naziri vəzifəsinə təyin edilən Polatkan, sonrakı dörd Menderes hökumətində də bu vəzifəsini davam etdirdi. Polatkanın dəstəyi ilə həyata keçirilən fiskal siyasətlər yüksək və davamlı inflyasiyaya səbəb oldu. "Sürətli artım" hədəfi ön planda tutulduğu üçün, balanslaşdırılmış büdcə göz ardı edilərək, investisiyaların qəbulu dayandırılmadı. Məqsəd ilk növbədə artan büdcə kəsirlərinin xarici investisayalarla ödənilməsi idi. Lakin hadisələr istədikləri şəkildə irəliləmədiyi üçün, daxili qaynaqlara müraciət etməli oldular. 1955-ci ildən sonra pul təchizatı sürətlə artdı. İnflyasiyaya təkan verən bu tətbiqlər sabit və aşağı gəlirli insanların, hərbi və mülki bürokratların sərt reaksiyasına səbəb oldu. Haqqında söylənənlər Dövrün müxalif yazarlarından Mətin Tokərin redaktoru olduğu "Akis" jurnalının 1955-ci il 1 yanvar tarixli nömrəsində Həsən Polatkan haqqında aşağıdakı fikirlər qeyd olunmuşdu: Hasan Polatkan zəhmətkeş millət vəkilidir. Onu səhər-axşam saat 8-də kabinetində görmək mümkündür. Demokrat Partiyası hökumətinin büdcəsini yenidən qurmaq o qədər də asan olmadı... Polatkan bu işin öhdəsindən layiqincə gələn hökumətin ən güclü deputatlarından biridir.Akis dergisinin 1 Ocak 1955 Tarihli Sayısı, Metin TOKER
Edamı 27 may çevrilişi zamanı Adnan Mendereslə birlikdə Kütahyada həbs edilərək Yassıadaya göndərildi. Prezident Cəlal Bayar, Baş nazir Adnan Menderes, digər hökumət üzvləri və Demokrat Partiyası millət vəkilləri ilə birgə konstitusiya quruluşunu pozmaq və dəyişdirməyə cəhd etmək cinayətinə görə mühakimə olundu. Ali Məhkəmənin Yassıadada keçirilən məhkəmə prosesinin sonunda o, ölüm cəzasına məhkum edildi. Hökm ertəsi gün İmralı adasında icra edildi.
1987-ci ildə məzarının münasib yerə köçürülməsi haqqında qanun qəbul edildi. 1990-cı ildə qəbul edilən qanunla həsən Polatkanın reputasiyası bütün məhkum edilmiş Demokrat Partiyası üzvləri ilə birlikdə bərpa olundu. Polatkan, Menderes və Fatin Rüştü Zorlunun cənazələri dövlət mərasimi ilə İmralı adasındakı məzarlarından çıxarılaraq 17 sentyabr 1990-cı ildə İstanbulun Topqapı səmtində inşa edilən anıt məzara nəql edildi.
İstinadlar
Kateqoriya:"Almaniya qarşısında xidmətlərə görə" ordeni ilə təltif edilənlər Kateqoriya:Türkiyədə edam olunanlar Kateqoriya:Edam olunmuş siyasətçilər Kateqoriya:Asılaraq edam olunanlar Kateqoriya:1961-ci ildə vəfat edənlər Kateqoriya:TBMM VIII çağırış deputatları Kateqoriya:TBMM IX çağırış deputatları Kateqoriya:TBMM X çağırış deputatları Kateqoriya:TBMM XI çağırış deputatları Kateqoriya:Məzarı köçürülənlər