Trabzonspor FK — Türkiyənin Trabzon şəhərini təmsil edən futbol klubu.
Tarixi Trabzonspor 1967-ci ildə qurulmuşdur və qısa zamanda Türkiyə futbolunun önəmli simalarından birinə çevrilmişdir. Klub yaradıldığı ildən etibarən Türkiyə 2-ci Futbol Liqasında (indiki adıyla 1-ci Liqa) mübarizə aparmağa başladı. İlk mövsümündə 20 komanda arasında yarışaraq Boluspordan sonra liqanı 6-cı sırada tamamladı.
Növbəti iki mövsümdə sabit çıxış edən komanda 2 dəfə ardıcıl olaraq 4-cü yeri tutdu. Daha sonra bir mövsüm liqanı 8-ci pillədə başa vurdu. Trabzonspor üçün əsl yüksəliş isə 1974-cü ildə başladı. Həmin ildən etibarən klub Türkiyə Super Liqasında mübarizə aparmağa başladı və bu tarixdən sonra Türk futbolunun əsas güclərindən biri oldu.
Trabzonspor-un ilk prezidenti Əli Osman Ulusoy olmuşdur. Klub, illər ərzində göstərdiyi uğurlu çıxışlarla Türkiyə Super Liqasında çempion olmuş 6 klubdan biri olmağı bacarmışdır. Qara dəniz bölgəsinin futbol təmsilçisi olan Trabzonspor, həm rəqabətçi ruhu, həm də azarkeş sevgisi ilə ölkədə xüsusi yer tutur.
Prezidentləri 1967–68 Əli Osman Ulusoy 1968–69 Rüfət Dədəoğlu 1969–70 Əli Osman Ulusoy 1970–71 Rüfət Dədəoğlu 1971–72 Suat Oyman 1972–75 Salih Ərdəm 1975–80 Şamil Əkinçi 1980–81 Cəlal Ataman 1981–82 Mustafa Günaydın 1982–88 M. Əli Yılmaz 1988–89 Mazhar Afacan 1989–92 M. Əli Yılmaz 1992–94 Sadri Şənər 1994–97 Faruk Özak 1997–2000 M. Ali Yılmaz 2000–03 Özkan Sümer 2003–06 Atay Aktuğ 2006–08 Nuri Albayraq 2008–13 Sadri Şənər 2013–15 İbrahim Hacıosmanoğlu 2015–18 Muharrem Usta 2018-hal hazırda Əhməd Ağaoğlu
Avropa kuboklarında iştirak Trabzonspor 1975–1976 mövsümündə liqada çempion olaraq, növbəti mövsümdə UEFA (UEFA Çempionlar Kuboku) təşkilatında iştirak etmək hüququ qazanmışdı. Avropada ilk qarşılaşmasını İslandiyanın təmsilçisi İB Akraness ilə oynayan və bu komandanı məğlub edən Trabzonsporun Avropa arenasında ilk qolunu Nəcmi Perek vurdu. Trabzonspor ikinci turda Liverpul FK ilə qarşılaşdı. Trabzonspor, Trabzonda ilk matçını 1–0 qazanarkən, Böyük Britaniyada məğlub olmaqdan xilas ola bilmədi; Çempionlar Kubokunun qalibi Liverpul həmin il Avropa matçlarında yeganə məğlubiyyətini Trabzonda aldı. Trabzonsporun Avropa arenasında ən böyük uğuru UEFA Kuboku 3-cü mərhələsidir. Buna baxmayaraq tarixi boyu Olimpik Lion FK və Aston Villa FK kimi əhəmiyyətli Avropa klublarını yarışlardan kənarlaşdırıb. FC Internazionale Milan, Liverpul və FC Barcelona kimi Avropa çempionlarını məğlub etməyə müvəffəq oldu.
Trabzonspor Avropada ən böyük hesablı qələbəsini 2007-ci ildə 6–0 ilə Vllazniya Shkoder qarşı qazanır, 1990–1991 mövsümündə isə FC Barcelonaya qarşı 2–7 nəticəsi ilə ən böyük hesablı məğlubiyyətini aldı.
Turnir Çıxış etmə Oyun Qələbə Heç-heçə Məğlubiyyət Attığı qol Qapısında gördüyü qol UEFA Çempionlar Liqası 3 14 4 6 4 12 15 UEFA Çempion Klublar Kuboku 6 14 6 1 7 12 19 UEFA Avropa Liqası 8 47 18 11 18 55 56 UEFA Konfrans Liqası 1 3 0 2 1 5 6 UEFA Kuboklar Kuboku 3 12 4 4 4 13 18 UEFA Kuboku 11 40 15 11 14 61 63 UEFA İntertoto Kuboku 2 8 3 1 4 19 12 Cəmi 34 138 50 34 52 177 189
Dost klublar Trabzonspor Şanlıurfaspor və İrlandiyanın Droeda Yunayted klubu ilə dost klub sayılır.
Rəngləri Trabzonsporun rəngləri tünd qırmızı və mavidir.
thumb|Trabzonspor azarkeşlərinin sevimlisi olan İbrahim Yattara
Azarkeşlər Trabzonspor oyunlarını olduqca çox olan azarkeşləri qarşısında oynayır. Trabzonspor Türkiyənin ən çox azarkeşi olan 4. klubudur. Trabzonspor'un yalnız Trabzon şəhərindən olan yox, digər şəhərlərdən olan azarkeşləri də var. Azarkeşlər üçün 61. dəqiqənin xüsusi önəmi var.
UEFA reytinqində Yer Ölkə Klub Xal157Real Sosyedad27.442158Trabzonspor27.340159Ştutqart26.399
Çempionat mübarizəsi Türkiyə Super Liqası: 47 1974 — hazırda Türkiyə 1. liqası: 7 1967–1974
Stadion və təsislər
Hüseyin Avni Aker stadionu Trabzonda yerləşən və Trabzonsporun 2017-ci ilə qədər oyunlarını oynadığı stadion. 1951-ci ildən 2017-ci ilin yanvar ayına qədər fəaliyyət göstərib.
Şənol Günəş stadionu Trabzonsporun ev oyunlarını keçirdiyi stadion. 2017-ci ildə açılışı olub.
M. Əli Yılmaz təsisləri Trabzonsporun oyunlara hazırlaşdığı təsislərdir. 2010-cu ildə yenilənmişdir.
Heyəti
Uğurları Türkiyə Super Liqası frameless|16x16px Çempion (7): 1975-1976, 1976–1977, 1978–1979, 1979–1980, 1980–1981, 1983–1984, 2021-2022 frameless|16x16px İkinci (9): 1977–1978, 1981–1982, 1982–1983, 1994–1995, 1995–1996, 2003–2004, 2004–2005, 2010–2011, 2019–2020 Türkiyə Kuboku frameless|16x16px Çempion (9): 1976–1977, 1977–1978, 1983–1984, 1991–1992, 1994–1995, 2002–2003, 2003–2004, 2009–2010, 2019–2020 frameless|16x16px İkinci (5): 1974–1975, 1984–1985, 1989–1990, 1996–1997, 2012–2013 Türkiyə Super Kuboku frameless|16x16px Çempion (10): 1976, 1977, 1978, 1979, 1980, 1983, 1995, 2010, 2020, 2022 frameless|16x16px İkinci (3): 1981, 1984, 1992 Baş nazirlik Kuboku frameless|16x16px Çempion (5): 1975–1976, 1977–1978, 1984–1985, 1993–1994, 1995–1996 frameless|16x16px İkinci (6): 1976–1977, 1989–1990, 1990–1991, 1992–1993, 1996–1997, 1997–1998 Türkiyə İkinci Liqası "Qırmızı qrup" frameless|16x16px Çempion (1): 1973–1974
İstinadlar
xəbər saytları
Kateqoriya:1967-ci ildə yaradılmış futbol klubları