Ali şüur və ya genişlənmiş şüur — müəyyən şüur vəziyyətini və ya şəxsi inkişafı etiketləmək üçün müxtəlif yollarla istifadə olunan bir termin. Bu, mənlik anlayışı və ya eqo məhdudiyyətlərindən qurtulma vəziyyətini, eləcə də təcrid olunmuş mənlik ilə dünya və ya tanrı arasında qəbul edilən ayrılığın aşıldığı mistik təcrübə vəziyyətini təsvir etmək üçün istifadə edilə bilər. Bu, həmçinin artan ayıqlıq və ya yeni bir perspektivə oyanma vəziyyətinə də aid ola bilər. Bu konsepsiya qədim köklərə, təcrübələrə və texnikalara malik olsa da, "Nyu-eyc" hərəkatı da daxil olmaqla, müasir populyar spiritualizmdə mərkəzi anlayış kimi əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir.

Fəlsəfəsi Fixte Yohann Qotlib Fixte (1762–1814) İmmanuel Kantın nəzəri və etik yazılarından inkişaf edən Almaniya idealizminin qurucu simalarından biri idi. Onun fəlsəfəsi Kantın ideyaları ilə alman idealisti Georq Vilhelm Fridrix Hegelin fikirləri arasında körpü təşkil edir.Robert C. Solomon, In the Spirit of Hegel, Oxford University Press, p. 23.

Fixte sonlu və ya empirik eqonu saf və ya sonsuz eqodan fərqləndirdi. Bu "saf eqo"nun fəaliyyətini "ali intuisiya"nı aşkar edə bilər. Maykl Vaytmanın fikrinə görə, Fixtenin fəlsəfi sistemi "şərq mistik təlimlərinin diqqətəlayiq qərbsayağı tərtibatıdır".

Şopenhauer 1812-ci ildə Artur Şopenhauer "daha yaxşı şüur" terminindən istifadə etməyə başlamışdı. Bu şüur "bütün təcrübədən və beləliklə, həm nəzəri, həm də praktiki (instinkt) bütün səbəblərdən kənarda yatan" şüurdur.

Yasuo Kamataya görə, Şopenhauerin "daha yaxşı şüur" ideyası öz mənşəyini Fixtenin "ali şüur" və ya "daha yüksək intuisiya" ideyasında tapır, həm də Şellinqin "intellektual intuisiya" anlayışına bənzəyir. Şopenhauerin özünün fikrinə görə, onun "daha yaxşı şüur" anlayışı Şellinqin "intellektual intuisiya" anlayışından fərqli idi, çünki Şellinqin konsepsiyası anlayışın intellektual inkişafını tələb edirdi, "daha yaxşı şüur" konsepsiyası isə "idrakla heç bir əlaqəsi olmayan bəsirət parıltısı kimi" idi.

Koqnitiv elm Gerald Edelman ali şüuru və ya "ikinci dərəcəli şüur"u qavrayış və emosiyaları özündə birləşdirən sadə şüur kimi təyin olunan "birinci dərəcəli şüur"dan fərqləndirir. Ali şüur, əksinə, "şüurlu olmağın şüurunda olmaq qabiliyyətini özündə daşıyır" və "düşünən subyekt tərəfindən öz hərəkətlərini və emosiyalarını tanımağa imkan verir". Ali şüur minimal səviyyədə semantik qabiliyyət tələb edir və "ən inkişaf etmiş formada dil qabiliyyətini və ya bütün simvollar sistemini və qrammatikanı mənimsəməyi tələb edir".

Həmçinin bax Çakra Monizm

Mənbə İstinadlar

İstinad edilən əsərlər

.

.

. . . .

.

. . . .

. . .

Əlavə ədəbiyyat

. .

.

. .

.

Kateqoriya:Şüur Kateqoriya:Şəxsiyyət anlayışları Kateqoriya:Ruhanilik Kateqoriya:Nyu-eyc Kateqoriya:Yeni dini hərəkatlar Kateqoriya:Psixoloji vəziyyət Kateqoriya:Fiziologiya Kateqoriya:Psixofiziologiya