Simeon Nençev Slavçev ( ) — Bolqarıstanlı peşəkar futbolçu. Polşanın "Vieçuzta Krakov" klubunda müdafiə meyilli yarımmüdafiəçi kimi çıxış edir.Sporting oficializa empréstimo de Slavchev ao Lechia Gdansk ‚ desporto.sapo.pt, 3 may 2024
Slavçev peşəkar karyerasına 2010-cu ildə "Litex Loveç" klubunda başlayıb. "Çavdar Etropole" klubuna icarəyə verildikdən sonra onların komandasında əsas heyət oyunçusu olub. 2014-cü ildə Portuqaliyanın Sportinq klubu ilə müqavilə imzalayır, lakin orada əsas komandaya düşə bilmir. Bolton Uonderers, "Apollon Limassol" və "Lexia Qdansk" klublarında icarə əsasında oynadıqdan sonra o, 2018-ci ildə Qarabağ klubuna transfer olur.
Karyera
İlk illər Slavçev karyerasına doğulduğu şəhərin "Septemvri Sofia" klubunda başlayır. O, altı yaşında onların uşaq komandasına qoşulur."Симеон Славчев – лидерът на третата вълна таланти от Литекс" .
2006–07 mövsümündə o, klubun gənclər komandasının dəvət edilir. 2007-ci ildə Slavçev Slaviya Sofiya klubuna qoşulur və klubla 2007–08 mövsümündə Bolqarıstan U-15 Çempionatının qalibi olur.
Litex Loveç Slavçev 2010-cu ilin oktyabrında "Litex"in əsas komandasına transfer edilir. O, 2010–11 mövsümündə, "Litex"in 31 oktyabr 2010-cu ildə "Slaviya Sofiya" üzərində 2–0 hesablı qələbə qazandıqları oyunda Xristo Yanevin əvəzləyərək meydana çıxır və "Litex"in heyətində debüt edir.
2011-ci ilin iyulunda Slavçev bir mövsümlük icarə müqaviləsi əsasında "Çavdar Etropole" klubuna qoşulur. 2011–12 mövsümündə o, burada 13 oyunda meydana çıxır.
2012-ci ilin yayında "Litex"ə qayıdır. 4 noyabr 2012-ci ildə, "Litex"in "Çerno More" klubu üzərində 4–1 hesablı qələbə qazandığı oyunda ilk qolunu vurur.
Sportinq 19 may 2014-cü ildə Slavçev 2,5 milyon avro qarşılığında Portuqaliyanın "Sportinq" klubuna transfer olunur və klub ilə 5 illik müqavilə imzalayır.
Bolton, Apollon və Lexiya 2 fevral 2015-ci ildə Slavçev mövsümün sonuna qədər Bolton Uonderers klubuna icarəyə verilir. O, İngiltərə çempionatında debütünü 7 fevral 2015-ci ildə "Derbi Kaunti" ilə matçda edir.Derby County VS.
3 may 2024 Sonradan Slavçev zədələnərək mövsümün sonuna qədər sıradan çıxır.Симеон Славчев за Sport7: Връщам се в Спортинг 3 may 2024
11 avqust 2015-ci ildə Slavçev 2015–16 mövsümü üçün icarə əsasında Kiprin "Apollon Limassol" komandasına qoşulur.ОФИЦИАЛНО: Симеон Славчев подсили кипърци 3 may 2024 O, 23 avqust 2015-ci ildə, "Aris" klubu ilə oyunda, yeni komandasında debüt edir və oyunun əlavə vaxtında komandasının qələbə qolunu vurur.APOLLON VS. 3 may 2024 19 may 2016-cı ildə "Apollon" ilə Kipr Kubokunu qazanır.Симеон Славчев ликува с Купата на Кипър 3 may 2024
Slavçev 2015–16 mövsümünün sonunda zədələnir. "Sportinq" onun daha çox təcrübə toplamaq və tam formada olması üçün onu yenidən icarəyə vermək qərarına gəlir. 17 avqust 2016-cı ildə Slavçev bir mövsümlük icarə əsasında Polşanın "Lexia Qdansk" klubuna keçir.Представиха Симеон Славчев в новия му отбор 3 may 2024 Slavçev yeni komandasında debütünü 9 sentyabr 2016-cı ildə, "Krakoviya" üzərində 1:0 hesablı qələbə qazandıqları oyunda edir.Победен дебют на Симеон Славчев в Полша 3 may 2024 O, komanda üçün ilk qolunu 11 mart 2018-ci ildə Legia Varşava klubuna evdə 1–3 hesabı ilə uduzduqları oyunda vurur.
Slavçev 2017-ci ilin yayında Birminhem Siti klubunda yoxlamaya dəvət edilir.
Qarabağ 5 iyul 2018-ci ildə Slavçev Qarabağ FK ilə 3 illik müqavilə imzalayır.
Levski Sofiya Slavçev "Qarabağ" klubu ilə bağladığı müqaviləni ləğv etməyə razılaşdıqdan sonra vətənə qayıdır. 22 dekabr 2019-cu ildə Levski Sofia ilə 3 illik müqavilə imzalayır. O, 15 fevral 2020-ci ildə Əbədi Derbidə "ÇSKA Sofiya" ilə 0–0 hesabıyla bitmiş oyunda meydana çıxaraq yeni klubunda debüt edir.
20 iyun 2020-ci ildə Slavçev klubda ilk qolunu, 3–3 hesabı ilə bitən başqa bir Əbədi derbidə, "ÇSKA"nın qapısına vurur.
Lokomotiv Sofiya 2021-ci ilin dekabrında Slavçev Lokomotiv Sofiya klubu ilə bir il yarımlıq müqavilə imzalayır.
Vieçuzta Krakov 3 yanvar 2023-cü ildə "Lexiya Qdansk"ın qış transfer pəncərəsində onuunla yenidən müqaviilə imzalamaq səylərinə baxmayaraq, Slavçev Polşanın dördüncü divizion komandası olan "Vieçuzta Krakov" ilə iki il yarımlıq müqavilə imzalayır.
Milli komanda karyerası 2009-cu ilin sentyabrında məşqçi Atanas Jelev tərəfindən "Bolqarıstan U-17" millisinə çağırılır və "UEFA U-17 Avropa çempionatı"nda iştirak edir.
2011-ci ildə o, "UEFA U-19 Avropa çempionatı" üçün "Bolqarıstan U19" millisinə çağırılır.
2012-ci ildə o, məşqçi Mixail Madanski tərəfindən "Bolqarıstan U21" milli komandasına dəvət edilir.
2013-cü ildə Lyuboslav Penev tərəfindən 2014 Dünya Kuboku seçmə mərhələsində Malta və Danimarka ilə oyun üçün Bolqarıstan millisinə çağırılır.
15 oktyabr 2013-cü ildə "2014-cü il FİFA Dünya Kuboku"nun seçmə mərhələsi üçün Çexiyaya qarşı son matçda əsas komandada debüt edir.
25 mart 2016-cı ildə Slavçev Portuqaliya üzərində 0:1 hesablı səfər qələbəsi zamanı meydanda olur.Браво, момчета! 3 may 2024
2016-cı il noyabrın 13-də DÇ-2018-in seçmə mərhələsində Belarusa 1:0 hesabı ilə qalib gəldikləri matçda o, tam 90 dəqiqə meydanda olur.
Statistika
Klub
+Klub, mövsüm və yarışlara görə qol və oyun sayıKlubMövsümLiqaKubokKubokAvropaToplamDvizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolLoveç2010–11Bolqarıstan Birinci Liqası1000—00102012–1317140—002112013–14341410—003514Toplam52155000005715Çavdar Etropole (icarə)2011–12B Qrupu13000——130Sportinq2014–15Primeira Liga0000200020Sportinq B2014–15Segunda Liga3000——30Bolton (icarə)2014–15Çempionşip1000——10Apollon (icarə)2015–16Kipr birinci dvizionu21151—00262Lexia Qdansk (icarə)2016–17Ekstraklasa23000——2302017–1827100——271Toplam501000000501Qarabağ2018–19Azərbaycan Premyer Liqası16220—1303122019–202000—6080Toplam1822000190392Levski Sofiya2019–20Bolqarıstan Birinci Liqası3110——412020–217010——802021–225000——50Toplam151200000171Karyerasında cəmi173201412019020821
Titulları
Klub Qarabağ Azərbaycan Premyer Liqası: 2018–19
Litex Loveç Bolqar A PFG: 2010–11
Apollon Limassol Kipr Kuboku: 2015–16
Fərdi Bolqarıstanın Mövsümün Ən Yaxşı Gənc Oyunçusu: 2013 "Loveç"də ilin idmançısı: 2013
İstinadlar
Kateqoriya:Azərbaycanda legioner Bolqarıstan idmançıları Kateqoriya:III liqa futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:Kipr Birinci Diviziyası futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan) futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Bolton Uonderers FK futbolçuları Kateqoriya:Sportinq Lissabon FK futbolçuları Kateqoriya:Bolqarıstan milli futbol komandasının oyunçuları Kateqoriya:1993-cü ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Legioner Bolqarıstan futbolçuları Kateqoriya:Bolqarıstan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular