"My Life Is Going On" — Cecilia Krull tərəfindən ifa olunmuş mahnı. Mahnı Netflix seriyası olan La casa de papel-in La Casa de Papel / Money Heist – The Soundtrack saundtrek albomuna daxildir və serialın açılış mahnısıdır.

Arxa plan 5 may 2024-cü ilin məlumatına görə, mahnı YouTube-də 103 milyon 252 mindən çox baxış toplamışdır. Mahnı Netfliksin ən uğurlu seriyalarından biri olan La casa de papel-in açılış mahnısı kimi bilinir.

Remikslər Serialın açılış mahnısı Türkiyə remiksçisi Burak Yeterin remiksləriylə birgə beynəlxalq siyahılarda zirvələrə çıxdı.

Burak Yeter versiyası Burak Yeterin hazırladığı remiks qısa vaxtda mahnının beynəlxalq məcrada populyar versiyası halına gəldi. 5 may 2024-cü il etibariylə, video YouTube-da 51 milyon 971 mindən çox izlənmə toplamışdır.

Gavin Moss versiyası Mahnı Gavin Mossun remiks versiyasıyla Fransada diqqət gördü.

Tyler ICU və Nicole Elocin versiyası Cənub afrikalı fonoqram prodüseri Tyler ICU və qadın müğənni-mahnı yazarı Nicole Elocinin "Amapiano" versiyası çoxluqla ölkə içində tanınır. Mahnı 4 sentyabr 2020-ci ildə DJ Maphorisanın musiqi şirkəti New Money Gang vasitəsilə Money Heist minialbom kimi buraxıldı.

Rəsmi videolar

Cecilia Krull orijinal versiyası Video 14 noyabr 2017-ci ildə paylaşıldı və La casa de papel-in ilk sezonunun səhnələrindən ibarətdir.

Gavin Moss remiks Video 11 may 2018-ci ildə yayımlandı və unikal olaraq ifaçıların adları (Gavin Moss və Cecilia Krull) və mahnının adı üzərinə yazılı olan qırmızı svitter təsvirindən ibarətdir.

Burak Yeter remiks Video 21 iyun 2018-ci ildə yayımlandı. Video Türkiyə diceyi dicey dəstinin görüntüləri yer alır və 1969-cu ildə Apollon 11-in Aya enişinin görüntüləri ilə davam edir. Cecilia Krullun mahnını ifa edərkən sözlərin mahnı sözlərinin yuxarı çıxması ilə davam edir.

Qrafik

Cecilia Krull orijinal versiyası Həftəlik qrafiklər Qrafik (2018–2019) Maksimumpozisiya Brazil (Top 100 Brasil)12 Greece (International Airplay)1 Greece (Greek Airplay)1

Qrafik (2020) Maksimumpozisiya Greece (Greek Airplay)17

İl sonu qrafikləri Qrafik (2021) Pozisiya Hungary (Single Top 40) 84

Gavin Moss remiks Qrafik (2018) Maksimumpozisiya Spain Radio (PROMUSICAE) 40

Burak Yeter remiks Həftəlik qrafiklər Qrafik (2018–2019) Maksimumpozisiya

İl sonu qrafikləri Qrafik (2019) Pozisiya Hungary (Dance Top 40) 14 Hungary (Rádiós Top 40) 28 Hungary (Single Top 40) 43 Qrafik (2020) Pozisiya Hungary (Dance Top 40) 55

Sertifikatlar RegionSertifikatlaşdırmaSertifikatlaşdırılmış hissələr/satışFransa (SNEP)Gold 100,000‡İtalya (FIMI)2× Platinum100,000‡Polşa (ZPAV)Platinum20,000‡'‡ Satış-axış rəqəmləri yalnızca sertifikatlaşdırmaya əsaslanır.

İstinadlar

Xarici keçidlər Spotify-da "My Life Is Going On"

Kateqoriya:La casa de papel Kateqoriya:2017-ci ilin sinqlları Kateqoriya:2017-ci ilin mahnıları