Aze-le-Rido Qalası — Fransada orta əsrlərə aid tarixi qala. Fransanın Endr və Luara departamentinin Aze-le-Rido şəhərində yerləşir. Milli Abidələr Mərkəzi tərəfindən idarə olunur.
Tarixi Qala 1510-cu ildə Endr çayının üzərində, I Fransiskin xəzinədarı tərəfindən tikilmişdir. Qala Fransız İntibahının şah əsəri sayılır.
1905-ci ildə mülk Fransa dövləti tərəfindən 250.000 frank qarşılığında satın alındı və Tarixi Abidələr siyahısına daxil oldu. Qalanın bəzi dağılmış hissələri bərpa edilmişdir.
İkinci Dünya müharibəsinin zamanı, 1939-1940-cı illərdə qala Təhsil Nazirliyi kimi fəaliyyət göstərirdi.
Aze-le-Rido Qalası Milli Abidələr Mərkəzi tərəfindən qorunan tarixi abidədir və YUNESKO-nun Ümumdünya İrsinin bir hissəsidir.
Arxitekturası Aze-le-Rido Qalasınının heyrətamiz yeri onu dünyanın bir çox qalalarının ən məşhurlarından birinə çevirib. Nisbətən kiçik olan bu qala iki hissəyə bölünür və memarlıq üslublarının qarışığıdır. Dəbli italyan İntibah üslubunun təsiri və bəzəkli heykəltəraşlıq dekorasiyası aydın görünür. Digər memarlıq xüsusiyyətləri, məsələn, uclu konusvari qüllələri olan bastion küncləri, şaquli şəkildə yerləşdirilmiş simli çəpərlər və hündür, sıldırımlı maili damı Qalanı fransız arxitekturasına aid edir.
Qallereyası
İstinadlar
Xarici keçidlər Official website for the Chateau d'Azay-le-Rideau
UNESCO site for the Loire Valley Lot picture by night ( in French )
Kateqoriya:Qalalar Kateqoriya:Fransa qalaları Kateqoriya:Fransanın tarixi abidələri