Bladee (əsl adı: Bencamin Rayşvald; ) — İsveçli repçi, prodüser və dizayner. “Drain Gang” musiqi kollektivinin üzvü olmuşdur. Bladee öz musiqisini Stokholmda yerləşən YEAR0001 adlı səsyazma şirkəti vasitəsilə yayımlayır.Year0001. Accessed 19 July 2018. http://www.year0001.com/ . Bu şirkətə 2014-cü ildə qoşulub, “Gluee” adlı debüt miksteypi də daxil olmaqla, bütün mahnılarını bu leyblın iştirakı ilə buraxmışdır.

Bladee təkcə musiqi yazıb-oxumaqla kifayətlənmir, o, həm də vizual sənət əsərləri yaratmaqla məşğuldur. Hazırladığı rəsmlərini albomları və sinqlları üçün üz qabığı kimi istifadə edir.Sami Baha. "Bladee – Cover Up (Prod. Sami Baha)". Soundcloud audio, 2:38, 27 June 2018. https://soundcloud.com/samibaha/bladee-cover-up-prod-sami-baha. Bala Club. "Woesum – Sapphire". Soundcloud audio, 5:05, 23 December 2017. https://soundcloud.com/balaclub/woesum-sapphire . Bladee, repçi həmkarı Yung Lean-in geyim markası olan “Sadboys Gear” üçün geyimlər dizayn edir, burada kreativ direktor vəzifəsini tutur.

Həyatı Bencamin Rayşvald 9 aprel 1994-cü ildə İsveçin Stokholm şəhərində anadan olmuşdur. Uşaqlığının böyük qismini şəhərin Skanstull bölgəsində keçirmişdir. Bladee 2004-cü ildə Ecco2K kimi tanınan Zak Arogundade ilə tanış olub. Eyni sinifdə oxuyan iki yoldaş 13 yaşlarında “Krossad” adlı pank qrupunu yaradıblar. Qrupla gördüyü işlər gənc Bladee-nin musiqiyə olan sevgisini oyatmışdır.

Bladee məktəbdən ayrıldıqdan sonra uşaq baxçasında işə düzəlmiş, eyni zamanda hobbi kimi musiqi yaradıcılığı ilə məşğul olmağa başlamışdır.

Diskoqrafiya

Studiya albomları

Eversince (2016) Red Light (2018) Exeter (2020) 333 (2020) The Fool (2021) Spiderr (2022) Cold Visions (2024)

Kollaborativ albomlar

AvP (2016) (Thaiboy Digital ilə) D&G (2017) (Ecco2K və Thaiboy Digital ilə) Trash Island (2019) (Ecco2K və Thaiboy Digital ilə) Good Luck (2020) (Mechatok ilə) Crest (2022) (Ecco2K ilə) Psykos (2024) (Yung Lean ilə)

Miksteyplər

Gluee (2014) Working on Dying (2017) Icedancer (2018)

Kompilasiya albomları

GTBSG Compilation (2013) (Ecco2K və Thaiboy Digital ilə)

Mini-albomlar

Rip Bladee (2016) Sunset in Silver City (2018) Plastic Surgery (2017) Exile (2018) Vanilla Sky (2019) Requiem (2023)

Albomlara daxil olmayan sinqllar

"Into Dust" (2014) "Dragonfly" (2014) "Destroy Me" (2017) "Gotham City" (2017) (Yung Lean ilə) "Sesame Street" (2018) "I Chose to Be This Way" (2018) (16yrold ilə) "Red Velvet" (2019) (Yung Lean ilə) "Trash Star" (2019) "All I Want" (2019) (Mechatok ilə) "Apple" (2019) "Undergone" (2020) (Ssaliva ilə) "Opium Dreams" (2020) (Yung Lean ilə) "Shinie" (2021) (Varg2 ilə) "Amygdala" (2022) (Ecco2k ilə) "Real Spring" (2023) (Skrillex ilə) "Every Summer" (2023) (Nation və Varg2 ilə) "TL;DR" (2024) (Ecco2K and Thaiboy Digital ilə)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İsveç repçiləri Kateqoriya:Trep musiqiçiləri Kateqoriya:İsveç dizaynerləri