Qubalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun İkinci Udullu kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonim Quba etnotoponimindən va -lı mənsubluq, aidlik bildirən şək.-dən ibarətdir. Yasayış məntəqəsini Qubadan köçüb gələn ailələr salmışlar. Keçmişdə Qubalıkənd, Ağabəyli, həm da Qubalı Bəşirbəy (yaxud Bəşirbayli) də adlanmışdır. Ağabəy vo Bəşirbəy Quba əyalətindən köçürülmüş 15 ailənin sahibləri idi. Onlar 1862-ci ildə Qaragöz adll yerdə oturaqlaşmışdılar.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 1919-cu il tarixində ermənilər tərəfindən 217 evlik Qubalı kəndində 250 kişi, 150 qadın, 135 uşaq öldürülmüşdür. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 475 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Hacıqabul rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Hacıqabul rayonunun kəndləri