SSRİ-də insan hüquqları ciddi formada məhdudlaşdırılmışdı. Sovet İttifaqı 1927-ci ildən 1953-cü ilə qədər totalitar, 1990-cı ilə qədər isə birpartiyalı dövlət olmuşdur. Dövlətdə söz azadlığı sıxışdırılır, müxalif tərəflər cəzalandırılırdı. Müstəqil həmkarlar ittifaqları, özəl korporasiyalar, müstəqil kilsələr və ya müxalif siyasi partiyalarda belə müstəqil siyasi fəaliyyətlərə yol verilmirdi. Vətəndaşların həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda hərəkət azadlığı məhdudlaşdırılmışdı.

Təcrübədə sovet hökuməti olduqca güclü olan hüququn aliliyinə, vətəndaş azadlıqlarına, cinayət ədalətinə və mülkiyyət hüququnaRichard Pipes (2001) Communism Weidenfeld & Nicolson. Richard Pipes (1994) Russia Under the Bolshevik Regime. Vintage. ., pages 401–403. əhəmiyyətli dərəcədə nəzarət edirdi və bu, Andrey Vışinski kimi sovet hüquq nəzəriyyəçiləri tərəfindən "burjua əxlaqı"nın bir nümunəsi hesab edilirdi. Sovet İttifaqı 1973-cü ildə imzaladığı Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt kimi qanuni qüvvəyə malik insan hüquqları sənədlərini imzalasa da, bu sənədlər nə kommunist hakimiyyəti altında yaşayan insanlar tərəfindən geniş şəkildə tanınmış və əlçatan olmuş, nə də kommunist hakimiyyət orqanları tərəfindən ciddi qəbul edilmişdir.authorities. SSRİ-də insan hüquqları aktivistləri mütəmadi olaraq təqiblərə, repressiyalara və həbslərə məruz qalırdılar.

Sovetyin insan hüquqları və hüquq sistemi konsepsiyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə görə, insan hüquqları "bütün insanların sahib olduğu əsas [hüquq] və azadlıqlardır."Houghton Miffin Company (2006) Bu hüquqlara yaşamaq və azadlıq hüququ, söz azadlığı hüququ və qanun qarşısında bərabərlik və sosial, mədəni və iqtisadi hüquqlar, o cümlədən mədəniyyətdə iştirak hüququ, qida hüququ, işləmək hüququ və təhsil hüququ daxildir.

Sovetlərin insan hüquqları anlayışı isə beynəlxalq hüquqdan çox fərqli idi. Sovet hüquq nəzəriyyəsinə görə, "fərdə qarşı iddia edilməli olan insan hüquqlarından faydalanan şəxs hökumətdir".Lambelet, Doriane. "The Contradiction Between Soviet and American Human Rights Doctrine: Reconciliation Through Perestroika and Pragmatism." 7 Boston University International Law Journal. 1989. pp. 61–62. Sovet hökuməti insan hüquqlarının mənbəyi hesab olunurdu. Buna görə də SSRİ hüquq sistemi hüququ siyasətin bir qolu, məhkəmələri isə hökumət orqanları hesab edirdi.Richard Pipes Russia Under the Bolshevik Regime, Vintage books, Random House Inc., New York, 1995, , pages 402–403 SSRİ-nin gizli polis orqanlarına geniş məhkəmədənkənar səlahiyyətlər verildi. Təcrübədə sovet hökuməti olduqca güclü olan hüququn aliliyinə, vətəndaş azadlıqlarına, cinayət ədalətinə və mülkiyyət hüququna əhəmiyyətli dərəcədə nəzarət edirdi və bu, Andrey Vışinski kimi sovet hüquq nəzəriyyəçiləri tərəfindən "burjua əxlaqı"nın bir nümunəsi hesab edilirdi.

SSRİ və Şərq nlokuna daxil olan digər ölkələr Ümumdünya İnsan Hüquqları Bəyannaməsini (1948) təsdiq etməkdən imtina etmiş, onun "həddindən artıq hüquqi" olduğunu və milli suverenliyi poza biləcəyini bildirmişdilər. Sovet İttifaqı daha sonra 1968-ci ildə İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt, 1973-cü ildə isə Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt kimi qanuni qüvvəyə malik insan hüquqları sənədlərini imzalasa da, bu sənədlər nə kommunist hakimiyyəti altında yaşayan insanlar tərəfindən geniş şəkildə tanınmış və əlçatan olmuş, nə də kommunist hakimiyyət orqanları tərəfindən ciddi qəbul edilmişdir. Sovet dövründə siyasi məhbus olmuş Sergey Kovalev öz yazısında "SSRİ konstitusiyasının bütün əsas mülki və siyasi hüquqlarını sadalayan məşhur 125-ci maddəsini" xatırlatmış və qeyd etmişdir ki, o və digər məhbuslar bundan öz şikayətləri üçün qanuni əsas kimi istifadə etməyə cəhd etdikdə, prokurorun arqumenti belə olmuşdur ki, "Konstitusiya sizin üçün deyil, Amerika zənciləri üçün yazılmışdır ki, onlar Sovet vətəndaşlarının həyatının necə xoşbəxt olduğunu bilsinlər."

SSRİ-də "cinayət" anlayışı qanun pozuntusu kimi deyil, sovet dövlətinə və cəmiyyətinə təhlükə yarada biləcək hər hansı bir hərəkət kimi qəbul edilmişdi və bu əsasla təyin edilirdi. Məsələn, qazanc əldə etmək istəyi ölümlə cəzalandırılan əks-inqilabi fəaliyyət kimi də şərh edilə bilərdi. 1928–1931-ci illərdə milyonlarla kəndlinin fəaliyyətinin ləğvi və deportasiyası Sovet Mülki Məcəlləsinin şərtləri çərçivəsində həyata keçirilirdi. Bəzi sovet hüquqşünasları hətta təqsir olmadığı halda "cinayət repressiyasının" tətbiq oluna biləcəyini deyirdilər. Sovet Ukraynasının məxfi polisinin rəisi Martin Latsis bu vəziyyəti izah etmişdir: "Təqsirləndirilən şəxsin Sovetlərə qarşı silah və ya sözlə qiyam edib-etmədiyini öyrənmək üçün ittiham sənədlərinə baxmayın. Bunun yerinə onun hansı sinfə mənsub olduğunu, mənşəyini, təhsilini, peşəsini soruşun. Təqsirləndirilən şəxslərin taleyini həll edəcək suallar bunlardır. Qırmızı terrorun mənası və mahiyyəti elə bundan ibarətdir."Yevgenia Albats and Catherine A. Fitzpatrick. The State Within a State: The KGB and Its Hold on Russia – Past, Present, and Future, 1994. .

SSRİ-dəki açıq məhkəmələrin məqsədi cinayətin olub-olmamasını nümayiş etdirmək deyildi: bu, onsuz da müvafiq partiya orqanları tərəfindən əvvəlcədən müəyyən edilmişdi. Bu prosesin məqsədi vətəndaşların təlimatlandırılması üçün siyasi təşviqat və təbliğat məqsədli başqa bir forum daha təşkil etmək idi. (məsələn, bax: Moskva prosesləri) İttiham olunan şəxsin müdafiə vəkili Sov. İKP-nin üzvü olmalı və müvəkkilinin günahını sorğulamadan qəbul etməli idi.

Siyasi ifadə azadlığı 1930–1940-cı illərdə Sovet xüsusi polis orqanları, BDSİ və XDİK tərəfindən siyasi repressiya həyata keçirilirdi.Anton Antonov-Ovseenko Beria (rus.) Moscow, AST, 1999. Russian text online Hökumət üçün kəşfiyyat məlumatlarının toplanılması və şübhəli müxalif fəaliyyətlərin bildirilməsi üçün könüllü və ya zorla işə götürülmüş mülki "məlumatçılardan" ibarət geniş şəbəkədən istifadə olunurdu.Koehler, John O. Stasi: The Untold Story of the East German Secret Police. Westview Press. 2000.

Bu prosesin nəzəri əsasını sinfi mübarizə ilə bağlı Marksizm nəzəriyyəsi təşkil edirdi. Proletariat diktaturası marksizmin proletariat sinfinə qarşı antaqonist hesab etdiyi digər sosial siniflərin müqavimətini yatırmalı olduğundan, "repressiya" və "terror" kimi kəskin sözlər rəsmi olaraq işlənilən terminlər idi. Repressiyanın hüquqi əsasları RSFSR Cinayət Məcələsinin 58-ci maddəsində və digər Sovet respublikalarının qanunlarındakı analoji maddələrdə rəsmiləşdirilmişdi.

Ədəbi və elmi ifadə azadlığı Sovet İttifaqında senzura geniş yayılmışdı və ciddi şəkildə tətbiq edilirdi. Bu, "Samizdat" adlandırılan fəaliyyətin yaranmasına, yəni hökumət tərəfindən sıxışdırılmış ədəbiyyatın gizli surətinin çıxarılıb paylayanılmasına səbəb olmuşdu. İncəsənət, ədəbiyyat, təhsil və elm qalib proletariatın mənafeyinə xidmət etməli olduqları üçün ciddi ideoloji nəzarət altına alınmışdı. Sosializmi və kommunizmi təbliğ edən belə teleoloji yönümlü incəsənətin bir nümunəsi sosialist realizmidir. Sovet İttifaqında bütün humanitar və ictimai elmlərin tarixi materializmə ciddi uyğunluğu yoxlanılırdı.

Bütün təbiət elmləri dialektik materializmin fəlsəfi əsası üzərində qurulmalı idi. Genetika, kibernetika, müqayisəli dilçilik kimi bir çox elm Sovet İttifaqında bəzi dövrlərdə sıxışdırılmış, "burjua yalançı elmi" kimi pislənmişdir. Çoxlarının yalançı elm hesab etdiyi Lisenkoizm bir müddətliyinə kənd təsərrüfatında və biologiyada üstünlük təşkil edirdi. 1930–1940-cı illərdə bir çox görkəmli elm xadimi "sabotajçı" və ya xalq düşməni elan edilərək həbs edilmişdir. Bəzi alimlər "Şaraşkada"da (QULAQ əmək düşərgəsi sistemindəki tədqiqat və təkmilləşdirmə laboratoriyaları) məhbus kimi işləyirdilər.

SSRİ Cinayət Məcəlləsinə əsasən, sovet hakimiyyətini zəiflətmək məqsədilə aparılan təşviqat və ya təbliğat aparmaq, yaxud Sovet dövlətini və ictimai quruluşunu ləkələyən materialları və ya ədəbiyyatı yaymaq 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. İkinci dəfə törədilmiş cinayətə görə bu müddət 3 ildən 10 ilədək idi.Biographical Dictionary of Dissidents in the Soviet Union, 1956–1975 By S. P. de Boer, E. J. Driessen, H. L. Verhaar; ; p. 652

Səsvermə hüququ Kommunist ideoloqlarının fikrincə, sovet siyasi sistemi fəhlə şuralarının ("sovetlər") fəhlə sinfinin iradəsini təmsil etdiyi həqiqi demokratiya idi. SSRİ-nin 1936-cı il Konstitusiyasının gizli səsvermə ilə birbaşa ümumi seçki hüququnu təmin etdiyiStalin, quoted in IS WAR INEVITABLE? being the full text of the interview given by JOSEPH STALIN to ROY HOWARD as recorded by K. UMANSKY, Friends of the Soviet Union, London, 1936 xüsusi olaraq vurğulansa da, təcrübə prinsipdən uzaq idi. Məsələn, demokratikləşməyə və 1989-cu ilin martındakı seçkilərə qədər bütün namizədlər Kommunist Partiyası təşkilatları tərəfindən seçilirdi. Tarixçi Robert Konkvest sovet seçki sistemini "terrorun ən ağır dövründə qəbul edilmiş və insan hüquqlarını təmin edən model konstitusiya, yalnız bir namizədin olduğu və 99 faizin səs verdiyi seçkilər, müxalifətə və ya bitərəfliyə heç vaxt əl qaldırılmayan parlament kimi iyrənc reallıqlara insan siması qoyan fantom institutlar və tərtibatlar toplusu" kimi təsvir etmişdir.Robert Conquest Reflections on a Ravaged Century (2000) , page 97

İqtisadi hüquqlar Daşınar əmlaka məhdudiyyətlərlə icazə verildi, daşınmaz əmlak isə əsasən dövlətə məxsus idi. Mənfəət əldə etmək məqsədli şəxsi ticarətin bir çox forması "spekulyasiya" () hesab olunurdu və cərimə, azadlıqdan məhrum etmə, müsadirə və/və ya islah əmək ilə cəzalandırılan cinayət əməli kimi qadağan edilmişdi. "Spekulyasiya" məsələsi xüsusi olaraq SSRİ Cinayət Məcəlləsinin 154-cü maddəsində müəyyən edilmişdi. Tam məşğulluq və iqtisadi rifah strukturlarının təminatı ilə mənzil, təhsil və qidalanma kimi ehtiyaclara formal olaraq təminat verilsə də, bu təminatlar təcrübədə nadir hallarda yerinə yetirilirdi. Məsələn, SRRİ-dəki bir neçə aclıqdan biri olan 1930–1933-cü illər Sovet aclığı zamanı beş milyondan çox insan adekvat qidalanmadan məhrum olmuş və aclıqdan ölmüşdür.Davies and Wheatcroft, p. 401. For a review, see 1932–1933-cü illərdəki aclığa qismən təbii şərait də səbəb olsa da, aclığın əsas səbəbi kollektivləşdirmə idi. Tez-tez yaranan qıtlıqlara cavab olaraq, bütün kateqoriyalardakı mal və xidmətlər üçün kütləvi qeyri-rəsmi iqtisadiyyat mövcud idi.Vladimir G. Treml and Michael V. Alexeev,"The Second Economy and the Destabilization Effect of Its Growth on the State Economy in the Soviet Union: 1965–1989" (PDF), BERKELEY-DUKE OCCASIONAL PAPERS ON THE SECOND ECONOMY IN THE USSR, Paper No. 36, December 1993.

Sərbəst toplaşmaq və birləşmək azadlıqları İşçilərin müstəqil birliklər təşkil etməsinə icazə verilmir, bütün mövcud birliklər dövlət tərəfindən təşkil edilir və nəzarət edilirdi. Pioner hərəkatı və komsomol hərəkatı kimi gəncələrə aid bütün siyasi təşkilatlar Kommunist Partiyasının siyasətinin həyata keçirilməsinə xidmət edirdilər. İcazəsiz siyasi təşkilatlarda iştirak həbslə nəticələnə bilərdi. Düşərgələrdə təşkilatlanmanın isə nəticəsi ölüm cəzası idi.

Din azadlığı thumb|Həştərxanda Sovet dövründə avtobus dayanacağı kimi istifadə olunmuş Müqəddəs Vladimir kafedralı Sovet İttifaqı marksist-leninist ateizmini təbliğ edir və dini təqib edirdi. Kommunist rejimi bu məqsədlə kilsə əmlakını müsadirə edir, dini lağa qoyur, dindarları sıxışdırır və məktəblərdə ateizmi təbliğ edirdi. Bununla belə, bəzi dinlərə dövlətin maraqlarına uyğun formada münasibət göstərilmiş və təşkilatlanmış dinlərin əksəriyyəti heç vaxt açıq şəkildə qadağan edilməmişdir.