Azərbaycan Birinci Liqası 2024/2025 — Azərbaycan Peşəkar Futbol Liqası tərəfindən təşkil olunan və Azərbaycanın ən yüksək 2-ci futbol liqası olan Azərbaycan Birinci Liqasının otuz üçüncü mövsümü. Mövsüm 11 sentyabr 2024-cü ildə start götürüb.

Birinci Liqanın XX turunun 7 aprel 2025-ci il tarixli matçında "Qəbələ" "Baku Sportinq" ilə qarşılaşmada 5-0 hesabı ilə qalib gələrək turnirin yekunlaşmasına 7 tur (35 oyun) qalmış Premyer Liqaya vəsiqəni təmin edib.

Komandalar Baku Sportinq FK Cəbrayıl FK Difai Ağsu İmişli FK Karvan İK Mingəçevir FK MOİK Bakı FK Qaradağ Lökbatan FK Qəbələ FK Zaqatala PFK Mənbə:

Liqanın püşkatma mərasimi 13 avqust tarixində AFFA-nın inzibati binasında baş tutub.

Turnir cədvəli

Nəticələr 1-27 ci turun matçları

Statistika 2024/25 mövsümündə Birinci Liqanın oyunları ümumilikdə 64 595 tamaşaçı tərəfindən izlənilib, oynanılan 135 oyun üçün ortalama tamaşaçı sayı 478 nəfər təşkil edib. Tamaşaçı baxımından ən yüksək göstərici "Karvan" komandasında olub, komandanın oyunlarını ümumilikdə 1 950 nəfər tamaşaçı izləyib. Mövsümün tamaşaçı rekordu 3000 nəfər olmaqla 8-ci və 24-cü turun "Karvan" – "Qəbələ" matçlarında qeydə alınıb.

Futbolçular üzrə göstəricilər Bombardirlər 1 Domi MassumoQəbələ162 Emil QasımovKarvan153 Bəhruz TeymurovKarvan134 Seyxan Fərəcovİmişli115 İbrahim ƏliyevMOİK6 Ezekiel MorganKarvan107 Abdullahi ŞuaybuQəbələ98 Roini İsmayılovZaqatala9 Elşad TağıyevQəbələ10 Jan Pol AssumuZaqatala811 Christian KamtaDifai 12Pablo Enrike Alveşİmişli713 Muhammed AlfaDifai 14 Nahid ƏliyevMingəçevir15 Araz AbdullayevQaradağ Lökbatan616 Cəlal CəbrayılovZaqatala

Mənbə:

Düşmə pley-off Birinci Liqada 9-cu yeri tutmuş "Difai" komandası İkinci Liqanı 4-cü pillədə tamamlamış olan "Hypers Guba" komandası ilə növbəti mösümdə Birinci Liqaya vəsiqə uğrunda pley-off matçında qarşılaşıb. 28 may saat 16:00-da ASCO Arenada keçirilmiş matçda "Difai" "Hypers Guba" üzərində 1-3 hesablı qələbə qazanaraq 2025/26 mösümündə Birinci Liqada oynamaq hüququ əldə edib, "Hypers Guba" isə İkinci Liqada qalıb.

Həmçinin bax Azərbaycan Premyer Liqası 2024/2025 Azərbaycan İkinci Liqası 2024/2025 Azərbaycan Kuboku 2024-2025

İstinadlar

Kateqoriya:2024/2025 mövsümündə Azərbaycanda futbol