Darin müqaviləsi və ya Darin paktı — 1915-ci ildə Birləşmiş Krallıq ilə Nəcd və Həsa əmirliyinin hökmdarı Əbdüləziz Səud arasında bağlanmış müqavilə.
Müqavilə Tarut adasında yerləşən Darində 26 dekabr 1915-ci ildə Britaniya hökuməti adından Ser Persi Koks ilə Əbdüləziz Səud tərəfindən imzalanmışdır.
Əhəmiyyəti Müqavilə yenicə formalaşmaqda olan Səudiyyə dövlətini beynəlxalq səviyyədə tanıyan ilk müqavilə idi. Nəcd tarixində ilk dəfə olaraq danışıqlarlı sərhəd anlayışı ortaya atılmışdı. Bundan əlavə, Britaniyanın məqsədi Fars körfəzindəki protektoratlarını təmin etmək idi, lakin bu müqavilə qonşu ərazilərdə Səudiyyə nəzarətini qanuniləşdirmək kimi gözlənilməz nəticə vermişdir. Müqavilə 1927-ci ildə Ciddə müqaviləsi ilə əvəz olunmuşdur.
İstinadlar
Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:XX əsrdə Səudiyyə Ərəbistanı Kateqoriya:Səudiyyə Ərəbistanı tarixi