Mkrtum Ovnatanyan (; ) — erməni rəssamı, Akop Ovnatanyanın oğlu, Tiflisdə yaşayıb-yaratmışdır.

Həyatı thumb|200x200px| Mkrtum Ovnatanyanın atası Ovnatan Ovnatanyanla birlikdə bərpa etdiyi və əlavə etdiyi Üçkilsə kafedralının rəsmi. Mkrtum Ovnatanyan 1779-cu ildə irsi erməni rəssamı ailəsində anadan olmuşdur. O, Ovnatan Ovnatanyanın oğlu olduğu üçün onunla birlikdə Tiflisdə yaşayıb işləyirdi. O, kilsə rəsmlərini çəkmiş, erməni padşahlarının və hərbi rəhbərlərinin bir sıra şəkillərini çəkmişdir. Bunlardan ən populyarı Ermənistan İncəsənət Qalereyasında saxlanılan "Padşah Trdat"dır. O, atasına ulu babası Nağaş Ovnatanın çəkdiyi Üçkilsə kafedralının rəsmini bərpa etməkdə və tamamlamaqda kömək etmişdir. Ovnatan Ovnatanyanın başladığı Noraşen kilsəsinin rəsmini bitirmişdir. O, həmçinin Sion kafedralında rəsm əsərlərini çəkmişdir. Mkrtum Ovnatanyan ailəsinin digər nümayəndələri ilə birlikdə erməni rəssamlığının inkişafına töhfələr vermişdir. Onun əsərləri milli adət-ənənələrə, tarixə məhəbbətlə aşılanmışdır. Mkrtum 66 yaşında Tiflis şəhərində vəfat etmişdir. Orada, Xocivank erməni qəbiristanlığında dəfn olunmuşdur.«Популярная художественная энциклопедия» 2-я книга, издательство «советская энциклопедия», 1986 г.М. Казарян «Художники Овнатаняны» Москва, 1969 г.

İstinadlar

Kateqoriya:XIX əsr rəssamları Kateqoriya:Ovnatanyanlar