I İbrahim () — Şirvanşahlar dövlətinin 34-cü hökmdarı. Şirvanşah Şeyx İbrahim Dərbəndilər sülaləsindən olan ilk hökmdardır. Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir.Z. M. Bünyadov, Y. Yusifov – Azərbaycan tarixi (2 cilddə), I cild, Bakı, 2006, səh 216
Taxta çıxması Huşəng 1382-ci ildə öldükdən sonra Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər. Münəccimbaşıya görə Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus və Huşəngdən ehtiyat edərək Şəki kəndlərinin birində gizlənmişdilər.Mюнeджжим-бaши o пoздниx шиpвaншaxax; B.Ф. Mинopcкий. Иcтopия Шиpвaнa и Дepбeндa. M., 1963, c.170-171 Əhməd Qaffarinin məlumatına görə, Şeyx İbrahimin atası oradaca ölmüş, Şeyx İbrahim isə Huşəngin ölümünə və Şirvan feodalları onu Şirvanşahlar taxtına sahib olmağa dəvət edənə qədər həmin yerdə gizlənib qalmışdıФ. Mинopcкий, s.170-171Tapиx Джaннaби. Pyкoп. ин-тa вocтoкoвeдeния Лeнинrp. oтд. AH CCCP, Б. 173(ərəb dilində), л.959 b. Onun taxta çıxması haqqmda başqa mənbələrdə daha müfəssəl məlumat verilir: Zadəgan nəslindən olan yoxsullaşmış feodal Şeyx İbrahim atası və qohumları ilə birlikdə Şirvanın Şəki nahiyəsindəki kəndlərin birində yaşayaraq, əkinçiliklə məşğul olurdu. Onlar özlərini Sasani şahı I Xosrov Ənuşirəvanın nəslindən hesab edir və şəcərələrini bunun üzərində qururdular.S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007 Xalq iğtişaşlarından və feodal çəkişmələrindən sonra Şirvan feodalları Şeyx İbrahimi Şirvanşah seçməyi qərar aldılar.
"Onlar hökmdarlıq ləvazimatı olan dövlət atları və məiyyətlə İbrahimin yanına yollandılar. Gördülər ki, o, işləyib yorulduqdan sonra şumlanmış cərgənin yanındakı ağacın altında yatmışdır. Onlar İbrahimin üzərində çadır qurub şah məiyyəti kımi kənara çəkildilər və onun oyanmasını gözləməyə başladılar. İbrahim oyananda onu təbrik etdilər və ona sədaqət andı içdilər. Onlar İbrahimi şəhərə (Şamaxıya) aparıb taxta oturtdular və o, ölkələr fəth etməyə başladı, öz təbəələri ilə ədalətlə rəftar etdi, onların ürəklərinə dinclik gətirib, səxavət göstərdi. Mövqeyi möhkəmləndi və o, geniş tanınaraq məşhurlaşdı"Tapиx Джaннaби, л.959бMюнeджжим-бaши, c.170-171
Hakimiyyəti Şeyx İbrahim dövlət adamı zəkasına sahib müdrik hökmdar olmuşdur. İbrahim Yaxın Şərqdə Teymurun işğalçılıq müharibələri ilə bağlı ağır xarici siyasi hadisələrin baş verdiyi dövrdə hökmranlıq etmişdir.
Bu dövrdə Cənubi Azərbaycanda və digər vilayətlərdə Cəlairilər sülaləsi hökmdarlarından olan sultan Əhməd hökmranlıq edirdi.Mapкoв. Kaтoлoг Джeлaиpидcкиx мoнeт, c.4-61Дopн. Oпыт иcтopии шиpвaншaxoв, c.562 Şimaldan Şirvan Qızıl Orda xanı Toxtamış təhdid edirdi. Şeyx İbrahim bu ağır siyasi şəraitdə Şirvanın əfvalının ağırlığını böyük uzaqgörənliklə qiymətləndirdi. Teymur Azərbaycana hücum edərkən qarşısına çıxan hər şeyi yerlə-yeksan edən işğalçı ordunun qarşısında duruş gətirməyin çətin olacağını başa düşən, Şirvanın viran ediləcəyini və əhalisinin qırılacağını görən Şeyx İbrahim Teymura itaət göstərərək ona tabe oldu və onun rəğbətini qazanaraq Şirvanın hakimi saxlanıldı.Şərəf əd-Din Əli Yəzdi. Zəfərnamə, c.I, s.196, 207Mюнeджжим-бaши, c.171.
Əmir Teymurla ittifaq 300px|thumb|right|Teymurun Azərbaycana və Şirvana yürüşü Hətta, Teymur oğlu Miranşahı Azərbaycan və Şirvanın, o cümlədən Dərbənd və Bakının hakimi təyin edəndə də İbrahim Şirvanşah adını qoruyub saxlamağa müvəffəq oldu.Şərəf əd-Din Əli,Yəzdi, Zəfərnamə, c.I, s.445Notiıe de Гouvrage persan qui a pour titre Matia as saadein... par M. Quatremere. Notiıes et extraits des manusırits de la Bibliotheque du Roi, t.XIV, Paris, 1843 (fars mətni, fratıs. tərc.), c.30-31Дopн, c.566И.П.Пeтpyшeвcкий. Гocyдapcтвo Aзepбaйджaнa в XV в. Cб. cт. пo изyчeнию иcтopии Aзepбaйджaнa, вып.I, Бaкy, 1949, c.154.
Mənbələrdə h.788 (1386)-ci ildə Qarabağa, Şirvanşahın ərazisinə daxil olan Dərbənddən keçərək Dəşt-i Qıpçağa gedən əmir Teymurun görüşünə gələn İbrahimin davranışı barədə məlumat verilir. Ərəbşah və Cənnabinin məlumatına görə, İbrahim bundan əvvəl özünün ən inanılmış adamı – böyük vəzir qazı Əbu Yəzidlə məşvərət etmiş və o, Şirvanşaha qaçıb dağlarda gizlənməyi məsləhət görmüşdü. Lakin Şeyx İbrahim təhlükəyə qarşı getməyi qərara aldı. O, Teymurun adına xütbə oxunmasını və sikkə kəsilməsini əmr etdi və itaətini bildirmək üçün bahalı hədiyyələrlə istilaçının qərargahına yollandı.Tarixi Cənnabi, v.959bДopн, c.565-566 O monqol hökmdarlarında dəbdə olduğu kimi, hər hədiyyədən doqquz ədəd təqdim etdi. Lakin yalnız səkkiz qul bağışladı və bildirdi ki, "doqquzuncu mən özüməm". Bu, Teymurun çox xoşuna gəldi, İbrahimi oğlu adlandırıb ona fəxri paltar bağışladı, Şirvan və Şamaxının hakimi təyin edərək öz torpaqlarına qayıtmasına icazə verdi. İbrahimə hədsiz iltifat göstərən Teymur bəzi mülkləri də onun torpaqlarına qatdı və öz xələflərinə Şirvanşahın övladlarının əmin-amanlığının təmin olunmasını vəsiyyət edən fərman verdi.Şərəf əd-Din Əli Yəzdi. Zəfərnamə, c.I, s.297Mиpxoнд, Payдaт ac-Caфa, т.VI, c.70Xoндeмиp. Xaбиб accийap. Бoмбeй, 1847, t.III, ч.III, c.28Mинopcкий, c. 171Дopн. c.565. İbrahimin müdrik siyasəti Şirvanı viran olmaqdan və fəlakətdən xilas etdi.
Teymurun vassalı olan İbrahim onun adından sikkə kəsdirirdi. XIV əsrin sonlarında Şirvanın bir sıra şəhərlərinin – Bakının Dərbəndin, Şamaxının, Güştəsbinin zərbxanalarında Teymurun adından sikkə zərb olunurdu.
Şeyx İbrahim türkmənlərin, Cəlairilərin, Cucilərin və Teymurilərin Azərbaycan – Arran və Şirvan uğrunda şiddətli mübarizə apardıqları dövrdə hakimiyyət sürmüşdür. O, çevik siyasət yeridir, öz müstəqilliyini nəzərə çarpdırmaqla bu hökmdarlar arasında manevr edir, gah faktiki, gah da nominal surətdə onlardan özü üçün ən təhlükəlisinə tabe olurdu. Buna görə də, onun vaxtında – h.791-792 (1388/9-1389/90)-ci illərdə və sonralar, XIV əsrin sonlarında Bakı, Şamaxı, Şəbəran, Dərbənd, Mahmudabad, Güştəsbi şəhərlərində kəsilən Şirvan sikkələri gah Teymurun, gah da Toxtamışın adından zərb olunurdu. Hətta, hücumlardan xilas olunduqdan sonra belə İbrahim XV əsrin əvvəllərində öz adını göstərmədən anonim sikkələr kəsdirməyə başlayır.Пaxoмoв. Kлaды Aзepбaйджaнa, вып.II, c.44-45Пoxoмoв – Moнeтныe клaды, вып.IX, c.84-86
Mənbələrdə Teymur Şirvan ərazisindən keçib gedərkən İbrahimin düzəltdiyi təntənəli ziyafətlərdən xəbər verirlər. İbrahim Teymura qiymətli daş-qaş, gözəl kənizlər və oğlan uşaqları, qızıl zireh və kəmərlər, qiymətli zərxara parçalar, silah və minlərlə at hədiyyə etmişdi.Şərəf əd-Din Əli Yəzdi, c.I, s.558Caмapкaнди л.174, 2l2Дopн, c.567-568 Lakin mənbələrdə İbrahimin başqa vassallar kimi Teymurun xəzinəsinə verdiyi xərac barədə məlumat yoxdur. Ehtimal ki, o, xəracdan azad olunmuş, qiymətli hədiyyələr verməklə kifayətlənmişdir. İbrahim əslində, zəngin və inkişaf etmiş ölkənin müstəqil hakimi olmuş və Teymura tabe olan feodallar arasında xüsusi mövqe tutmuşdur. Onun çevik siyasəti və qüdrətli Teymura meyil etməsi sayəsində Şirvan bu işğalçının qoşunları tərəfindən dağıntıya məruz qalmamış və əvvəlki kimi inkişaf etmişdır. Şirvan əhalisinin Şirvanşahın xəzinəsinə verdiyi vergi və töycülər qonşu ölkələrdəki qədər ağır deyildi.Пeтpyшeвcкий. Гocyдapcтвo Aзepбaйджaнa в XV в., c. 183-184
Şirvanın şimal tərəfdən təhlükəsizliyi Toxtamışın darmadağın edilməsi və Teymurun h.797 (1395)-ci ildə Dərbənddən keçərək Qızıl Orda ərazisinə hücum etməsi ilə əlaqədar uzun müddətə təmin olunmuşdu. 1403-cü ilə qədər Teymur bir neçə dəfə Qarabağ və Şirvandan keçərək Gürcüstana və Dərbənd arxasına gedib-gəlmiş və çox vaxt Qarabağda və Muğan düzündəki Mahmudabadda qışlamışdı.Şərəf əd-Din Əli Yəzdi, c.I, s.522-526Шapaф-xaн gидлиcи, т.II, c.91,96, 99
Toxtamışa qarşı mübarizə Şeyx İbrahim bir neçə dəfə Şirvana basqın edərək onu böyük dağıntıya məruz qoyan Toxtamışa qarşı mübarizədə Teymura kömək edirdi. H.787 (1385/6)-cı ildə Toxtamışın doxsan minlik ordusu Dərbənd keçidindən Şirvana hücum etdi. Toxtamış Şirvanın şəhərlərini tutaraq Təbrizə getdi, oranı qarət edib həmin yolla da geri qayıtdı.Xaфиз-и Aбpy. Зaйл-и Джaми'aт-тaвapиx-и Paшиди. ч.I (fars mətni), изд. X.Бaйaни, Teгepaн, 1317, c.235-236Шapaф-xaн Бидлиcи, c.91Иcтopия Дaгecтaнa, c.207Aлизaдe, c.344. Toxtamış h.789 (1387)-cu ildə yenidən Şirvana soxulub Kür çayına çatdıqda Teymur əmirlərinin başçılığı ilə qoşun göndərərək Şirvanşaha kömək göstərdi. Teymurun oğlu Miranşah atasının və Şirvanşahın qoşunlarının köməyinə çataraq Toxtamışı məğlubiyyətə uğratdı, onu qaçmağa vadar etdi və Dərbənddən qovub çıxardı. Teymur h.797 (1395)-ci ildə Dərbənddən keçərək Toxtamış üzərinə yürüşə gedərkən Şeyx İbrahim Şirvan qoşunları ilə onu müşayiət edirdi. Teymur böyük qələbə qazandı. Toxtamış qaçdı. Qızıl Ordanın ərazisi Teymurun qoşunları tərəfindən dağıdıldı və qarət edildi.Şərəf əd-Din əli Yəzdi. Zəfərnamə, c. I, s.299-300, 522-526Aнoним Иcкeндepa. Pyкoп. ин-тa вocтoкoвeдeния AH CCCP, c.381, л.282Caмapкaнди, л.l74Aлизaдe, c.387-388.
h.798 (1395/6)-ci ildə Toxtamışın qoşunlarını təqib edən Teymur Dağıstan ərazisinə girdi və burada haydak əhalisinin şiddətli müqaviməti ilə qarşılaşdı. Onlar mərdliklə vuruşsalar da, üstün qüvvələrin təzyiqi altında geri çəkilməyə məcbur oldular. Teymurun qoşunları vilayəti qəddarcasına talan etdi.Иcтopия Дaгecтaнa, т.I, c.207. Lakin Dağıstanı və ləzgilər ölkəsini 1404-cü ildə təsvir etmiş Sultaniyyə arxiyepiskopu III İohann de Halonifontibusun məlumatına görə Teymur bu səfərdə məğlubiyyətə uğramışdır: "Teymurləng yüz minlik qoşunla bu dağlara, onların ölkəsinə soxulmağa cəhd göstərdi. Lakin onlar ordunu qalın meşənin qabağında qarşılayıb, düşməni elə ağır tələfata uğratdılar ki, Teymur geri çəkilməyi əmr etdi. Bu hökmdar Dəmir Qapıdan keçmək qərarına gələndə başa düşdü ki, o, ilk növbədə, həmin ölkəni yalnız sülh yolu ilə tabe etdikdən sonra Böyük Tatarıstana soxula bilər".Иoaнн дe Гaлoнифoнтибyc. Cвeдeния o нapoдax Kaвкaзa, 1404 г., Бaкy, 1980, c.26.
Toxtamışın ölümündən sonra Toxtamışın öldürülməsindən sonra özünü xan elan edən Şadıbəy xan əmir Edigey tərəfindən devrildikdən sonra Dərbəndə pənah gətirdi. Şirvanşah ona Dərbənddə qalmaq üçün və ona öz pullarını Dərbənd və Bakıda kəsdirmək üçün xüsusi icazə verdi.Греков Б. Д., Якубовский А. Ю. Золотая Орда и её падение , Leninqrad, 1950 Edigey ondan xanın qaytarılmağını tələb etsə də Şirvanşah imtina etdi. Şadıbəy xan Dərbənddə vəfat etdi.
Gürcüstan səfərləri right|220px|thumb|Teymur Gürcüstan səfəri öncəsi məşvərətdə. Teymur dəfələrlə Azərbaycandan, Dərbənddən keçərək Gürcüstana və şimala getmiş və həmin səfərlərdə Şeyx İbrahim Şirvan qoşunları ilə onu müşayiət etmişdir. Mənbələrin məlumatına görə h.790 (1396)-cı ilin baharında Həştərxana səfərdən geri qayıdarkən Teymur Dərbəndə gəlib çıxır. Teymurun salnaməçisi Şərəfəddin Əli Yəzdi Teymurun əmri ilə şəhərin qala divarlarının bərpa olunduğunu xəbər verir. "Dünyanın fatehi, comərd hökmdar Allahın köməyilə Dərbənddən keçdi və İçqalanın bərpa olunmasını əmr etdi. Onun əmri ilə işə başlanıldı. Onun xoşbəxt və əzəmətlə qayıtması xəbəri aləmə yayıldı".Şərəf əd-Din Əli Yəzdi. Zəfərnamə, c.I, s.557-558, c.П, s.166