Vatslav Havel adına mükafat və ya İnsan Hüquqları üzrə Vatslav Havel mükafatı qısa olaraq Vatslav Havel mükafatı — Avropada və onun hüdudlarından kənarda insan hüquqlarının müdafiəsində görkəmli nailiyyətlərə görə illik mükafat. Mükafat 2013-cü ildən Avropa Şurası Parlament Assambleyası, Vatslav Havel Kitabxanası və "Charta 77" Fondu ilə əməkdaşlıq çərçivəsində təqdim olunur.
Mükafat Çexoslovakiyanın son prezidenti və Çexiyanın ilk prezidenti Vatslav Havelin (1936–2011) xatirəsinə həsr olunub. Tarixi Mükafatın təsis edilməsi haqqında saziş 2013-cü il martın 25-də Praqada Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon, Vatslav Havel Kitabxanasının sədri Marta Smolikova və "Çarta 77" Fondu rəhbəri Frantişek Yanus və Çexiya Respublikasının Xarici İşlər Naziri Karel Şvarzenberin iştirakı ilə imzalanıb.
Vatslav Havel mükafatı 2007-ci ildən hər 2 ildən bir verilən Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları Mükafatının varisidir.
Vatslav Havel İnsan Hüquqları Mükafatından əvvəl Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları Mükafatının qalibləri: 2009 – Şimali İrlandiyadakı münaqişənin insan haqları ölçüsünü izləmək və regionda cəzasızlıqla mübarizə aparmaq işinə görə Britaniya QHT-si olan Britaniya İrlandiya "Human Rights Watch" təşkilatı (hazırda "Rights Watch UK" kimi tanınır). 2011 – İşgəncələrə Qarşı Komitə (), Rusiya QHT-si, Rusiyada ciddi insan hüquqları pozuntularının qurbanlarına yardım etmək və rəsmi dövlət araşdırmaları ilə yanaşı, müstəqil araşdırmalar aparıb. Araşdırmalar xüsusən də Çeçenistan Respublikasında olub.
Mükafatın qalibləri insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən şəxslər və ya qeyri-hökumət təşkilatları ola bilər. Mükafatın pul hissəsi 60 min avrodur.
Mükafatın ilk laureatı belaruslu hüquq müdafiəçisi Ales Bialiatski olmuşdur.
Namizədlik proseduru Hər il yanvar ayında illik "namizədlər üçün çağırış" verilir. Ən azı beş "sponsor" adətən aprelin sonuna təyin edilmiş illik son tarixdən əvvəl Mükafat üçün namizədlər irəli sürməlidir. Namizədliklər Assambleyanın internet saytındakı səhifə vasitəsilə Avropa Şurasının iki rəsmi dillərindən birində, ingilis və ya fransız dillərində onlayn həyata keçirilir. Mükafat qaydalarına əsasən,http://website-pace.net/documents/10643/2019145/VHP-regulation-2016-en.pdf/139aede3-ddd5-4762-8191-46df2ee9eda1 sponsorlar namizədin insan hüquqlarını müdafiə etmək üçün gördüyü işlərin təfərrüatlarını verməli və dəstəkləyici sənədləri təqdim etməlidirlər. Üç namizəd sentyabrda qısa siyahıya salınır, yekun seçim oktyabrda, Strasburqda mükafatlandırma mərasimi ərəfəsində edilir.
Laureatlar
İl Laureatlar Şəkil Ölkə Şərhlər 2013 Ales Belyatski 100px|alt=Олесь Беляцкий Belarus Hüquq müdafiəçisi, "Vüsna" hüquq müdafiəsi mərkəzinin təsisçisi 2014 Anar Məmmədli 100px|alt=Анар Мамедли Azərbaycan Hüquq müdafiəçisi, seçkiləri müşahidə edən təşkilatın təsisçisi 2015 Lyudmila Alekseyeva 100px|alt=Людмила Алексеева Rusiya Hüquq müdafiəçisi, Moskva Helsinki Qrupunun rəhbəri 2016 Nadiyə Murad 100px|alt=Надия Мурад İraq Yezidi hüquq müdafiəçisi İŞİD tərəfindən oğurlanıb 2017 Arslan Murat 100px|alt=Мурат Арслан Türkiyə Hüquqşünas, məhkəmə müstəqilliyi fəalı 2018 Əyub Titiyev 100px|alt=Оюб Титиев Rusiya Hüquq müdafiəçisi, “Memorial” hüquq müdafiə mərkəzinin Qroznı nümayəndəliyinin rəhbəri 2019 İlham Tohti 100px|alt=Ильхам Тохти Çin Uyğur universitet professoru, iqtisadçı İnsan Hüquqları üzrə Gənclər Təşəbbüsü (Youth Initiative for Human Rights) 100px|alt=Молодёжная инициатива по правам человека Balkan ölkələriMüxtəlif millətlərin nümayəndələri arasında əməkdaşlıq üçün təşkilatlar şəbəkəsi 2020 Luceyn el-Hezlul 100px|alt=Люджейн аль-Хазлюль Səudiyyə Ərəbistanı Qadın hüquqları müdafiəçisi 2021 Mariya Kolesnikova 100px|alt=Мария Колесникова Belarus Belaruslu siyasi fəal, siyasi məhbus 2022 Vladimir Qaramirzə 100px|alt=Владимир Кара-Мурза Rusiya Müxalif siyasətçi 2023 Osman Kavala 100px|alt=Осман Кавала Türkiyə Türkiyəli ictimai fəal, hüquq müdafiəçisi, iş adamı və xeyriyyəçi 2024 María Corina Machado 100px|alt=Мария Корина Мачадо Venesuela siyasətçi 2025 Maksym Butkewytsch 100px|alt=Максим Буткевич Ukrayna jurnalist
İstinadlar
Xarici keçidlər vaclavhavel.cz — rəsmi saytı.
Kateqoriya:İnsan hüquqları sahələrində mükafatlar