Maqan padşahlığı və ya MakkanBoats of the World — e.ə. 2300-cü ilə aid Şumer mixi yazılarında Mesopotamiya üçün mis və diorit mənbəyi kimi adı keçən qədim region. Sonrakı dövrdə mis qədim Kiprdən gətirilmişdir.
Maqan hələ Urda kuti padşahlarının hakimiyyəti dövründən əvvəl Ur ilə ticarət edirdi. E.ə. 2100-cü ildə onların devrilməsindən sonra Ur-Nammu yolları bərpa edilmiş və iki dövlət arasında ticarət yenidən başlamışdır.Hamblin, William J. Warfare in the Ancient Near East to 1600 BC. New York: Routledge, 2006.
Maqanın dəqiq yeri məlum deyil, lakin arxeoloji və geoloji məlumatlar Maqanın indiki Oman ərazisində yerləşdiyini göstərir. Tarixçilərin azlığı regionu Yəmənin ərazisində yerləşmiş Məin dövləti ilə əlaqələndirir,F. Hommel, Ethnologie und Geographie des alten Orients, (Handbuch der klassischen Altertumswissenschaft von W. Otto, III. Abtl. I, Teil, Bd. I, Munich 1926), 550, 578 ff. digərləri isə Nubiyada (Sudan) və ya Misirdə yerləşdirirlər.
İstinadlar
Kateqoriya:İslamdan əvvəlki Ərəbistan Kateqoriya:Şumer Kateqoriya:Qədim Yaxın Şərq Kateqoriya:Asiya regionları Kateqoriya:Tarixi dövlətlər Kateqoriya:Oman coğrafiyası