Nigeriyada vətəndaş müharibəsi (); bəzən Biafranın istiqlal müharibəsi () və Biafra-Nigeriya müharibəsi () — millətlərarası ziddiyyətlər və Biafra Respublikasının yaradılmasını elan edən ölkənin şərq əyalətlərini ayırmaq cəhdi nəticəsində yaranan silahlı münaqişə. 1967-ci ilin iyulundan 1970-ci ilin yanvarına qədər davam edən döyüşlər nəticəsində federal Nigeriya hökuməti üsyançıların ələ keçirdikləri ərazilərə nəzarəti bərpa edə bildi. Nigeriya vətəndaş müharibəsi Vyetnam müharibəsi ilə birlikdə 1960-cı illərin ən ölümcül münaqişəsi hesab olunur. Müxtəlif mənbələr bu vətəndaş müharibəsində 700 mindən 3 milyon nəfər qədər insanın, əsasən də müharibə cinayətləri, aclıq və xəstəliklərin qurbanı olan biafralının öldüyünü təxmin edir. Kateqoriya:XX əsrin müharibələri Kateqoriya:Vətəndaş müharibələri Kateqoriya:Afrika tarixi Kateqoriya:Afrika müharibələri Kateqoriya:Vasitəçilik müharibələri Kateqoriya:İstiqlal müharibələri