right|225px TASİM () və yaxud Trans-Avrasiya Super İnformasiya Magistralı — 21 dekabr 2009-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyası TASİM haqqında ilk qətnaməni qəbul etmişdir. 30 ölkənin birgə sponsorluğu ilə qəbul edilmiş sənəddə Azərbaycan Respublikasının TASIM-in koordinasiyasında xüsusi rolunu yer verilib. Ümumi uzunluğu 11 000 kilometr təşkil edir.
Nyu-York şəhərində təşkil olunan 6-cı Qlobal İnfrastruktur İdarəçilik Forumunda təqdim olunan 100-dək qlobal infrastruktur layihəsi arasından "TASİM" layihəsi nominat olaraq dünyanın 13 qlobal layihəsindən biri seçilib.
Haqqında TASİM layihəsi haqqında bəyannamə 2008-ci il noyabrın 11-də Bakıda keçirilən Nazirlərin Regional görüşündə qəbul edilib. TASİM layihəsi Avrasiya regionunu əhatə etməklə Qərbi Avropadan Şərqi Avropaya qədər uzanan, müasir magistral şəbəkədir. 2013-cü ildə BMT Baş Assambleyasının növbəti sessiyasında TASIM-in inşasına dəstək verən ikinci qətnaməni qəbul etmişdir. Baş Asambleyanın 67-ci sessiyasının 98-ci plenar iclasında qəbul edildiyi sənədə İsrail, Türkiyə, Gürcüstan, Belarus, Moldova, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şri Lanka və Yeni Zelandiya qətnamənin müəllifləri kimi qatqıda yer almışdır.
Planlaşdırılan konsorsium "Trans-Avrasiya Super İnformaiya Magistralı" layihəsini reallaşdırmaq üçün beş ölkənin — Rusiya, Azərbaycan, Türkiyə, Qazaxıstan və Çinin aparıcı telekommunikasiya operatorları arasında konsorsiumun yaradılmışdır. Hazırda region ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət həyata keçirilir. + Telekommunikasiya operatorları Ölkə Operator Loqo Azərbaycan Azertelecom 80px Çin China Telecom 80px Qazaxıstan KazTransCom 80px Rusiya Rostelecom 80px Türkiyə Türk Telekom 80px
İstinadlar
Kateqoriya:2009-cu ildə Azərbaycan