Diana Dımçenko () — Ukraynanı və Azərbaycanı təmsil edən idmançı.

Karyerası Diana Dımçenko 2018-ci ildə Qlazqo şəhərində (Şotlandiya) baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.

2022-ci ilin mayından Azərbaycanı təmsil edən Diana Dımçenko həmin il San-Sebastyan şəhərində (İspaniya) baş tutan sahil avarçəkməsi üzrə Avropa Çempionatının qalibi oldu, Uelsdə baş tutan sahil avarçəkməsi üzrə Dünya Çempionatını isə gümüş medalla başa vurdu.

2023-cü ildə Diana Dımçenko Fransada baş tutan Avropa Çempionatında növbəti dəfə qızıl medalın sahibi oldu, İtaliyada isə Dünya Çempionatını növbəti dəfə gümüş medalla başa vurdu.

Diana Dımçenko 2024-cü ilin aprelində Macarıstanın Seqed şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyaya sahib oldu.

İstinadlar

Kateqoriya:Ukrayna avarçəkənləri Kateqoriya:Azərbaycanın qadın avarçəkənləri Kateqoriya:Azərbaycanın olimpiya avarçəkənləri Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında avarçəkənlər Kateqoriya:Azərbaycanın Ukraynadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları