thumb|350px|Əyyubi hökmdarlarının ailə ağacı.

12-14-cü əsrlər arasında Orta Şərqə və Şimali Afrikaya nəzarət edən Əyyubi sülaləsindən olan hökmdarların siyahısı.

Misir sultanları Səlahəddin, Nəcməddin Əyyubun oğlu, 1174–1193; Əziz Osman, Səlahəddinin oğlu, 1193–1198; Mənsur Məhəmməd, Əziz Osmanın oğlu, 1198–1200; I Adil, Səlahəddinin qardaşı, 1200–1218; Kamil Məhəmməd, I Adilin oğlu, 1218–1238; II Adil, Kamil Məhəmmədin oğlu, 1238–1240; Saleh Əyyub, Kamil Məhəmmədin oğlu, 1240–1249; Müəzzəm Turanşah, Saleh Əyyubun oğlu, 1249–1250; Əşrəf Musa, Səlahəddinin nəslindən olduğu ehtimal edilir (de-yure hökmdar elan edilsə də, faktiki olaraq dövlət Aybək tərəfindən idarə olunurdu), 1250–1254.

Məmlük sultanlığı tərəfindən süquta uğradıldı.

Dəməşq əmirləri və sultanları Səlahəddin, 1174–1193; Əfdal Əli, Səlahəddinin oğlu, 1193–1196; I Adil, Səlahəddinin qardaşı, 1196–1218; Müəzzəm İsa, I Adilin oğlu, 1218–1227; Nasir Davud, Müəzzəm İsanın oğlu, 1227–1229; Əşrəf Musa, I Adilin oğlu, 1229–1237; Saleh İsmayıl, I Adilin oğlu, 1237–1238; Kamil Məhəmməd, I Adilin oğlu, 1238; II Adil, Kamil Məhəmmədin oğlu, 1238–1239; Saleh Əyyub, I Adilin oğlu, 1239; Saleh İsmayıl (ikinci hakimiyyəti), 1239–1245; Saleh Əyyub (ikinci hakimiyyəti), 1245–1249; Müəzzəm Turanşah, Saleh Əyyubun oğlu, 1249–1250; Nasir Yusif, Əziz Məhəmmədin oğlu, 1250–1260.

Bölgə 1260-cı ildə Əyn Cəllud döyüşündən sonra Monqol imperiyası tərəfindən ələ keçirildi. Daha sonra isə Məmlük sultanlığının tabeliyinə keçdi.

Hələb əmirləri Səlahəddin, 1183–1193; Zahir Qazi, Səlahəddinin oğlu, 1193–1216; Əziz Məhəmməd, Zahir Qazinin oğlu, 1216–1236; Nasir Yusif, Əziz Məhəmmədin oğlu, 1236–1260.

Bölgə 1260-cı ildə Əyn Cəllud döyüşündən sonra Monqol imperiyası tərəfindən ələ keçirildi. Daha sonra isə Məmlük sultanlığının tabeliyinə keçdi.

Bəəlbək əmirləri Şəmsəldin Məhəmməd, (sülalənin üzvü deyildi, Dəməşqin keçmiş valisidir), Səlahəddin tərəfindən təyin edilib, 1175–1178; Turanşah, Səlahəddinin qardaşı, 1178–1179; Fərruxşah, Səlahəddinin qardaşı oğlu, 1179–1182; Bəhramşah, Fərruxşahın oğlu, 1182–1230; Əşrəf Musa, I Adilin oğlu, 1230–1237; Saleh İsmayıl, Əşrəf Musanın qardaşı, 1237–1246; Sədəldin əl-Humeydi (sülalənin üzvü deyildi, Saleh Əyyub tərəfindən vali təyin olunub), 1246–1249; Müəzzəm Turanşah, Saleh Əyyubun oğlu, 1249–1250; Nasir Yusif, Hələb və Dəməşq sultanı, Əziz Məhəmmədin oğlu, 1250–1260.

Bölgə 1260-cı ildə Əyn Cəllud döyüşündən sonra Monqol imperiyası tərəfindən ələ keçirildi. Daha sonra isə Məmlük sultanlığının tabeliyinə keçdi.

Həma əmirləri I Müzəffər Ömər, Nurəddin Şahənşahın (Səlahəddinin qardaşı) oğlu, 1178–1191; I Mənsur Məhəmməd, I Müzəffər Ömərin oğlu, 1191–1221; Nasir Qılıc Arslan, I Mənsur Məhəmmədin oğlu, 1221–1229; II Müzəffər Mahmud, I Mənsur Məhəmmədin oğlu, 1229–1244; II Mənsur Məhəmməd, II Müzəffər Mahmudun oğlu, 1244–1284 (1260-cı ilə qədər Məmlük sultanlarının vassalı kimi hakimiyyətdə olub); III Müzəffər Mahmud, II Mənsur Məhəmmədin oğlu, 1284–1299; 1299–1310-cu illərdə II Mənsur Məhəmmədin əmirləri tərəfindən idarə olunub; Əbülfida, Məliküləfdalın (II Mənsur Məhəmmədin qardaşı) oğlu, 1310–1332; Əfdal Məhəmməd, Əbülfidanın oğlu, 1332–1341.

Bölgə 1341-ci ildən etibarən Məmlük sultanlığının tabeliyinə keçdi.

Hüms əmirləri Abdullah Məhəmməd, Əsəddin Şirkuhun (Səlahəddinin əmisi) oğlu, 1178–1186; Mücahid Şirkuh, Abdullah Məhəmmədin oğlu, 1186–1240; Mənsur İbrahim, Mücahid Şirkuhun oğlu, 1240–1246; Əşrəf Musa, Mənsur İbrahimin oğlu, 1246–1248 (Hüms), 1248–1260 (Tell Bəşir (hazırkı adı Gündoğan)); Nasir Yusif, Hələb və Dəməşq sultanı, Əziz Məhəmmədin oğlu, 1250–1260; Əşrəf Musa (ikinci hakimiyyəti), 1260–1263.

1263-cü ildən etibarən Məmlük sultanı Baybars tərəfindən təyin edilən Ələməddin Səncər Başqirdidən sonra bölgəni Məmlük valiləri idarə etməyə başladı.

Hasankeyf əmirləri Saleh Əyyub, Kamil Məhəmmədin oğlu, 1232–1239; Müəzzəm Turanşah, Saleh Əyyubun oğlu, 1239–1249; Muvəhhid Təkiyəddin Abdullah, Müəzzəm Turanşahın oğlu, 1249–1294; I Kamil Əhməd, 1294–1325; Adil Mucirəddin Məhəmməd, 1325–1328; Adil Şəhabəddin (bəzi mənbələrdə Adil Qazi), 1328–1349; I Saleh Əbubəkr Xəlil, 1349–1378 I Adil Fəxrəddin Süleyman (və ya Adil Süleyman), 1378–1432; Əşrəf Şərafəddin, 1432–1433; Saleh Səlahəddin, 1433–1452; II Kamil Əhməd, 1452–1455; Adil Xalif, 1455–1462; II Saleh Xəlil, 1482–1511; II Adil Süleyman, 1511–1514; II Saleh Xəlil (ikinci hakimiyyəti), 1514–1520; Malik Hüseyn, 1520–1521; II Adil Süleyman (ikinci hakimiyyəti), 1521–1524.

1524-cü ildən etibarən Osmanlı imperiyasının tabeliyinə keçdi.

Kərək əmirləri Səlahəddin, 1188; I Adil, Səlahəddinin qardaşı, 1188–1193; Müəzzəm İsa, I Adilin oğlu, 1193–1227; Nasir Davud, Müəzzəm İsanın oğlu, 1229–1249; Muqis Ömər, II Adilin oğlu, 1249–1263.

1263-cü ildə sultan Baybars tərəfindən Məmlük sultanlığına birləşdirildi.

Diyarbəkir əmirləri Səlahəddin, 1185–1193; I Adil, Səlahəddinin qardaşı, 1193–1200; Auxad Əyyub, I Adilin oğlu, 1200–1210; Əşrəf Musa, I Adilin oğlu, 1210–1220; Müzəffər Qazi, I Adilin oğlu, 1220–1244; II Kamil Məhəmməd, Müzəffər Qazinin oğlu, 1244–1260.

Bölgə Monqol imperiyasının tabliyinə keçdi.

Yəmən və Hicaz əmirləri Turanşah, Səlahəddinin qardaşı, 1173–1181; Tuğtəkin Əhməd, Səlahəddinin qardaşı, 1181–1197; Muizz Fəthəddin İsmayıl, Tuğtəkin Əhmədin oğlu, 1197–1202; Nasir Məhəmməd, Tuğtəkin Əhmədin oğlu, 1202–1214; Müzəffər Süleyman, I Mənsur Məhəmmədin oğlu, 1214–1215; Məsud Yusif, Kamil Məhəmmədin oğlu, 1215–1229.

Bölgə 1229-cu ildə Rəsulilər tərəfindən ələ keçirildi.

Banyas əmirləri Əziz Osman, I Adilin oğlu, 1218–1232; Zahir Qazi, Əziz Osmanın oğlu, 1232; Seyid Həsən, Əziz Osmanın oğlu, 1232–1247; Saleh Əyyub, Kamil Məhəmmədin oğlu (Misir sultanın vassalı kimi), 1247–1249; Nasir Yusif, Əziz Məhəmmədin oğlu (Dəməşq əmirinin vassalı kimi), 1250–?; Seyid Həsən (ikinci hakimiyyəti), 1260.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Əyyubi hökmdarları Kateqoriya:Monarx siyahıları