Luxor və ya Giza ― 2005-ci ildə MumboJumbo tərəfindən təqdim olunmuş "tile-matching" tipli videooyun seriyasının ilk oyunu.

Bu seriyanın davamı olaraq 2005-ci ildə "Luxor: Amun Rising", 2006-cı ildə yeni səviyyə və bonuslar əlavə edilmiş "Luxor 2" buraxıldı. Bundan sonra isə yeddi oyun rejimi və təkmilləşdirilmiş qrafika təqdim edən "Luxor 3", ardınca isə ardınca "Luxor: Quest for the Afterlife" buraxıldı.

Geympley "Luxor"un oyun qaydası "Puzz Loop" və "Zuma"ya bənzəyir.

Müxtəllif rəngli kürələrdən təşkil olunmuş və hər biri kiçik bir böcək tərəfindən itələnən zəncirlər xüsusi cığır ilə oyunçunun piramidasına doğru irəliləyir. Oyunçu eyni rəngli üç və ya daha çox kürənin toqquşmasına səbəb olaraq onların partlamasına yol açır. Belə edərək o, zəncirləri tam aradan qaldırmalı, onların piramidaya daxil olmasına mane olmalıdır. Hər hansı bir kürə piramidaya çatarsa, oyunçu həyatını itirir və səviyyəni yenidən başlatmağa məcbur olur. Oyunçu bu baş vermədən müəyyən sayda kürəni partlatmağı bacararsa, yeni zəncirlər gəlməyi dayandırır və qalanlarını aradan qaldırmaqla səviyyə tamamlanır.

Kürələri partlatdıqca vaxtaşırı olaraq tutduqda oyunçuya qısamüddətli müxtəlif bacarıqlar verən power-up-lar düşür. Bir atışla eyni zamanda 5 və daha çox kürədən ibarət zəncir hissəsini aradan qaldırdıqda xüsusi qızıl sikkə yaranır. Oyunçu 30 ədəd sikkə topladıqda əlavə 1 anx (həyat açarı) qazanır. Oyunun əvvəlində oyunçunun 2 həyat açarı olur, hər dəfə məğlub olduqda 1 anx azalır. Oyunçu bütün həyatlarını itirdikdə oyuna qaldığı hissənin ilk səviyyəsindən başlamalı olur.

Seriyanın oyunları +AdıBuraxılış tarixiHD versiyasıKompüter konsolu versiyasıƏl konsolu versiyasıMobil versiyası"Tile-matching" tipli oyunlarLuxor20052011–Nintendo 3DSBREW, J2ME, iOS, AndroidLuxor: Amun Rising20052012–PSPiOS, AndroidLuxor 220062012XBLA, PS2, WiiPSP, Nintendo DS–Luxor 32007–Nintendo Wii––Luxor: Quest for the Afterlife2008––––Luxor 5th Passage2010––––Luxor Evolved2012–––iOS"Spin-off" tipli oyunlarLuxor: Mahjong2006––––Luxor: Adventures2009––––

İstinadlar

Xarici keçidlər "Luxor" oyununun "Facebook" səhifəsi Oyunları yükləmək üçün

Həmçinin baxın Zuma (videooyun)

Kateqoriya:2005-ci ilin videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:Pazl videooyunları Kateqoriya:Hadisələrin Misirdə cərəyan etdiyi videooyunlar Kateqoriya:ABŞ videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:PlayStation Portable videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Windows videooyunları