Xe Pinpin () — 2009-cu ildə onun adı dünyanın ən balacaboy kişisi kimi "Ginnesin Rekordlar Kitabı"na salınıb.
Onun boyu 73 santimetr idi. O, doğulandan sonra çəkisini cəmi 6,5 kiloqram artıra bilib – doğulanda çəkisi 500 qram olan Xe Pinpin sağ ikən 7 kiloqram idi. Həkimlər güman edirdilər ki, Pinpinin anomal inkişafının səbəbi skeletin inkişafını gecikdirən nadir xəstəlikdədir.
Xe Çinin Daxili Monqolustan muxtar regionunda məşhur idi. Amma qohumları qərara gəlmişdilər ki, onu bütün dünya tanımalıdır. Bunun üçün onlar "Ginnesin Rekordlar Kitabı"nın mütəxəssislərinə müraciət ediblər. Bütün dünyada məşhur olan Xe Pinpin "ulduz xəstəliyi"nə tutulmamışdı. O, əvvəlki kimi kafedə işləyir və fasilələr zamanı hansısa stolun altında dincəlirdi.
İstinadlar
Xarici keçidlər Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:XX əsr Çin şəxsləri