Gürcü İsmayıl Paşa () — I Mahmud dönəmində 5 ay 13 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

Həyatı Əslən gürcü olub, yeniçəri ocağında təlim-tərbiyə edildi. İlk öncə yeniçəri ağası Şaban ağanın, ardından Mustafa ağanın xidmətində çalışdı. Patrona Xəlil üsyanına qatılmadığı üçün sarayın etibarını qazandı və 1731-ci ildə yeniçəri ağası olduBuz. Ayhan. (2009). Sokullu’dan Damat Ferit’e Osmanlı Sadrazamları. Neden Kitap. İstanbul.

Sədrəzəm Həkimoğlu Əli Paşanın onu özünə rəqib görməsi səbəbilə 26 iyul 1732-ci ildə Rumeli bəylərbəyi təyin edilərək İstanbuldan uzaqlaşdırıldıTektaş. Nazım. (2009). Osmanlı’da İkinci Adam Saltanatı. Çatı Kitapları. Ardından Trabzon, Diyarbəkir və Bağdada təyin olunduYılmazçelik. İbrahim. (2000). Osmanlı Hakimiyeti Süresince Diyarbakır Eyaleti Valileri (1516–1838). Fırat Üniversitesi Sosyal Bilimler Dergisi. c. 10. say. 1. Elazığ. Ancaq buna baxmayaraq Həkimoğlu Əli Paşanın vəzifədən alınmasının ardından Darüssəadə ağası Bəşir ağanın tövsiyəsilə 12 iyul 1735-ci ildə sədarətə yüksəldiŞentürk. Nazır. (2008). Babıali ve Sadrazamları. Doğan Kitap. bs. 4. İstanbul.

Silahdar Mehmed ağa vasitəsilə sədarət möhürünü alan İsmayıl Paşa yeniçəri ağalığında olduğu kimi sədarət dövründə də sərt tədbirlərini davam etdirdi. Sarayda rüşvətin yayılmasını səbəb oldu. İşinə müdaxilə etmək istəyən şəxsləri böhtanla saraydan uzaqlaşdırdı. Bu kimi hərəkətləri səbəbilə saraya gələn şikayətlərin artması nəticəsində 25 dekabr 1735-ci ildə vəzifədən alındı.

Öncə Saqqız adasına, ardından isə Rodos adasına sürgün olunan İsmayıl Paşa 1737-ci ilin sentyabrında Hanya qalasının mühafizəsiylə vəzifələndirildi. Bu vəzifəsi davam edərkən 1738-ci ilin oktyabrında Hanyada vəfat etdi. Vəfat xəbərinin ardından İstanbuldakı mal-mülük müsadirə edildi. İstanbulun Təpəbaşı səmtində 1732-ci ildə öz adına inşa etdirdiyi çeşmə isə sonralar yol inşaatı səbəbilə dağıdıldı.

İstinadlar

Mənbə Bir Grup Biyografisi Denemesi: Osmanlı Sadrazamları (1718–1917). Yüksek Lisans Tezi. Semi Özgen Cesur. Kırıkkale 2023

Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı sədrəzəmləri