Boynuəyri Seyid Abdullah Paşa () — I Mahmud dönəmində 2 il 4 ay 10 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

Həyatı Əslən ərəb olub, Kərküklü Seyid Həsən Paşanın oğludur. İlk təhsilini tamamladıqdan sonra Əndəruna alındı və sırasıyla silahdar, qapıçıbaşı, qapıçılar kəndxudası və 1738-ci ildə baş miraxur təyin edildi.Buz. Ayhan. (2009). Sokullu’dan Damat Ferit’e Osmanlı Sadrazamları. Neden Kitap. İstanbul 1745-ci ildə vəzir rütbəsi alaraq Kipr valisi təyin edildi və saraydan ayrıldı. Daha sonra 1747-ci ildə Aydın valiliyinə gətirildi.Mehmet Süreyya, Sicil-i Osmani, (haz. Nuri Akbayar), C. 1, İstanbul, 1996, s. 80

Bu vəzifədə ikən Darüssəadə ağası Bəşir ağanın tələbiylə gizlicə İstanbula çağırıldı və 24 avqust 1747-ci ildə sədrəzəm təyin edildi.Tektaş. Nazım. (2009). Osmanlı’da İkinci Adam Saltanatı. Çatı Kitapları Onun sədarəti dövründə bəzi əyalətlərdən şikayətlər gəlmiş, sərhəd boyunca yerləşən qala və istehkamların bərpası ləngimişdir. Digər yandan paytaxtdakı bahalıq səbəbilə dükan sahiblərinin kiçik miqyaslı ayaqlanmaları olsa da, bu iğtişaşlar çox böyümədən yatırıldı. Bütün bunlar səbəb göstərilərək Seyid Abdullah Paşa 3 yanvar 1750-ci ildə vəzifədən alındı.

Bir neçə gün sarayda həbs tutulan Seyid Abdullah Paşa 11 yanvarda Rodos adasına sürgün edildi. Ancaq çox keçmədən həmin ilin mayında bağışlandı və Qaraman valisi təyin edildi. Vəzifə yerinə gedərkən təyinatının dəyişməsi xəbərini aldı və Misir valisi olaraq Qahirəyə yollandı. 1753-cü ildə Hələb, 1756-cı ildə Rəqqə, 1757-ci ildə Diyarbəkir valisi təyin olundu.Müjdat Uluçam, “Abdullah Paşa (Boynueğri, Seyyid)”, Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, c. 1, Yapı Kredi Yayınları, İstanbul, 2008, s. 18 Ardından Hələb bəylərbəyi təyin edilən Seyid Abdullah Paşa bu vəzifədə ikən 1761-ci ilin martında burada vəfat etdi.Abdülkadir Özcan, “Abdullah Paşa, Seyyid”, TDVİA , c. EK – 1, 2. Bs., İstanbul, 2016, s. 11 Cənazəsi Əbubəkr təkyəsinə dəfn olundu.

İstinadlar

Mənbə

Bir Grup Biyografisi Denemesi: Osmanlı Sadrazamları (1718-1917). Yüksek Lisans Tezi. Semi Özgen Cesur. Kırıkkale 2023

Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı sədrəzəmləri