Patrik Sueyzi (; d. 18 avqust 1952 - ö. 14 sentyabr 2009) — Amerikalı aktyor, rəqqas və ifaçı-bəstəkar.

“Çirkin rəqslər” (1987) və “Ruh” (1990) filmlərindəki rollarına görə dünya şöhrəti qazanıb. “Ruh” filmi 5 nominasiya üzrə “Oskar” mükafatına namizəd göstərilmişdir. Bu filmdə Sueyzinin tərəf müqabilləri Demi Mur və Vupi Qoldberq olmuşdur. 1991-ci ildə "People" jurnalı onu "İlin Ən Seksual Kişisi" elan etmişdi.

2008-ci ilin martında Sueyzidə mədəaltı vəzinin xərçəngi aşkar edildi. Həmin ilin iyununda müsahibə verən aktyor həqiqətən də bu xəstəliklə mübarizə apardığını, amma həkimlərin bədbin proqnoz verdiklərini etiraf edib. Ağır xəstəliyə baxmayaraq, Sueyzi "Vəhşi" ("The Beast") teleserialındakı rolunu tamamlayıb. 2009-cu ilin əvvəlində isə həyat yoldaşı ilə birlikdə memuarlar yazmağa başlayıb.

Patrik Sueyzi 2009-cu il sentyabrın 14-də Los-Ancelesdə 57 yaşında vəfat edib. Onun ölümü ilə bağlı rəsmi nümayəndəsi Annet Volfun bəyanatında bildirilir: “Patrik Sueyzi xəstəliklə 20 ay davam edən mübarizədən sonra ailə üzvlərinin yanında sakitcə vəfat edib”.

Filmoqrafiya Ruh (film, 1990) / Ghost 11:14 (film, 2003)

Mənbə “Ruh” öldü!

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Texasda doğulanlar Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:ABŞ taekvondoçuları