– Yaponiya pedaqoqu. Yeni təhsil hərəkatında iştirak etmişdir.
Həyatı 1875-ci ildə Yaponiyanın Miyaqi prefekturasında doğulmuşdur. 1907–1936-cı illərdə Hyoqo prefekturasındakı Akaşi Qadınlar Normal Məktəbinin nəzdində olan ibtidai məktəbin direktoru olmuşdur. O, almanların qrup instruksiyası nəzəriyyəsinin müdafiəçisi olmuş, uşaqların yaşadığı təcrübələrin vacibliyini vurğulamışdır. Amerikalı pedaqoq Con Dyuinin fikirlərindən təsirlənmişdir.
Oykava 1920-ci illərin əvvəllərində Yaponiyada başlamış yeni hərəkatının nümayəndəsi olmuş və fikirlərini praktikaya çevirərək şagirdlərin fəaliyyətlərdəki iştirakını artırmağa çalışmışdır. O, məktəbdə öyrədilən şeylərin şagirdin həyatına inteqrasiya edilməsini və öyrədilənlər əsasında hərəkət edilməsi əsasında intellektin inkişaf etdirilməsini müdafiə etmişdir.
1912-ci ildə adlı əsəri nəşr olunmuşdur. 1921-ci ildə Tokioda 5500 nəfərin iştirakı ilə baş tutmuş "Səkkiz Pedaqoq"un Pedaqoji Müdafiə Konfrasında "Dinamik təhsilin mahiyyəti" mövzusunda mühazirə ilə çıxış etmişdir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Kotobank profili
Kateqoriya:Yaponiya pedaqoqları