Üzük qardaşlığı — İngiltərə yazıçısı Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının üç cildindən birincisi. Ondan sonra "İki qüllə" və "Kralın qayıdışı" kitabları gəlir. Əsərin hadisələri Orta Dünya adlı uydurma kainatda baş verir. Kitab ilk dəfə 29 iyul 1954-cü ildə Birləşmiş Krallıqda nəşr edilmişdir. Cild ön sözdən, "Hobbitlər haqqında və digər məsələlər" adlı proloqdan, I və II Kitabdakı əsas povestdən ibarətdir. Bu kitab oxuculara Hobbitlər dünyasını anlamağa kömək edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Üzüklərin hökmdarı Kateqoriya:Orta Dünya haqqında kitablar Kateqoriya:Teatra adaptasiya olunmuş Böyük Britaniya romanları Kateqoriya:Filmlərə adaptasiya olunmuş Böyük Britaniya romanları