Yaşar Nəcəfov () — Azərbaycanı təmsil edən cüdoçu.
Karyerası Yaşar Nəcəfov 2016-2018-ci illərdə yeniyetmələrin beynəlxalq turnirlərində 3 gümüş və 2 bürünc medala sahib oldu. 2018-ci ildə U21 Azərbaycan Çempionatının qalibi olan Yaşar Nəcəfov 2020-ci ildə Xorvatiyanın Pоreç şəhərində U23 Avropa Çempionatını beşinci pillədə başa vurdu.
2022-ci ildə Təl-Əvivdə (İsrail) IJF Grand Slam turnirinin gümüş medalına sahib olan Yaşar Nəcəfov Zaqrebdə (Xorvatiya) IJF Qran-Pri turnirinin qalibi oldu. Həmin il Azərbaycan çempionu da oldu. 2023-cü ildə isə Yaşar Nəcəfov IJF Grand Slam turnirinin Azərbaycan mərhələsinin qalibi oldu, Monqolustan mərhələsini bürünc medalla başa vurdu, həmçinin Düşənbə şəhərində IJF Qran-Prisinin bürünc medalına sahib oldu. Həmin ilin iyulunda Çinin Çendu şəhərində Universiada Oyunlarını bürünc medalla başa vurdu, noyabrda isə Fransanın Monpelye şəhərində Avropa Çempionatını beşinci pillədə tamamladı.
Yaşar Nəcəfov 2024-cü ilin yanvarında Portuqaliyada IJF Qran-Pri turnirinin gümüş medalına, fevralında isə Azərbaycanda IJF Grand Slam turnirinin bürünc medalına sahib oldu. Nəticədə Yaşar Nəcəfov IJF olimpiya reytinq cədvəlində mövqeyini yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi cüdoçuları Kateqoriya:Azərbaycanın olimpiya cüdoçuları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:Azərbaycan olimpiya idmançıları