Körpülü Hafiz Əhməd Paşa () — I Mahmud səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Həyatı Doğum tarixi haqqında məlumat yoxdur. Atası Sultan Əhməd dövrünün sədrəzəmlərindən Körpülü Nöman Paşa, anası isə onun ilk xanımı Ruqiyyə xanımdır. Dövrünün məşhur alimlərindən dərslər alaraq hüsn-xətt üzrə icazət aldı. Atasının vəfatının ardından saray xidmətinə alınan Əhməd Paşa 1730-cu ildə qapıçılar kəndxudası, 1731-ci ildə qübbə vəziri, 1733-cü ildə Vidin qalası mühafizi təyin edildi. Ardından 1738-ci ildə Rumeli bəylərbəyi təyin edilərək Sofiyaya göndərildi. 1740-cı ildə Saloniki valisi, 1744-cü ildə Kandiyə sancaqbəyi, 1746-cı ildə Yanya sancaqbəyi, 1748-ci ildə Əyriboz sancaqbəyi, 1751-ci ildə Belqrad valisi, 1752-ci ildə Bosniya bəylərbəyi və 1764-cü ildə Hələb bəylərbəyi olaraq təyin olundu.
1768-ci ildə Misir bəylərbəyi təyin edildi və bu vəzifədə ikən 1769-cu ildə Qahirədə vəfat etdi. Aliyə, Səadət, Hafsa və Dürrə adlı qızlarının olduğu bilinir.
Mənbə
Köprülüzade El-Hac Hafız Ahmet Paşanın H. 1150 / M. 1737 tarihli Vakfiyesi. Murat Sayın Behçetî İbrahim. Silsiletü’l Asafiyyeti Fi Devleti’l-Hakaniyyeti’l-Osmaniyye (Tarih-i Sülale-i Köprülü). Köprülü Kütüphanesi, Ahmet Paşa, No: 212 Gökbilgin, T. (1976). Köprülüler. İA içinde (VI, 892-908). MEB Yayınevi: İstanbul Şeşen, R. ve İzgi, C. (1986). Köprülü Kütüphanesi Yazma Eserler Kataloğu. İstanbul: IRCICA