"Səbuhi" — rejissorlar Amo Bek-Nazarov və Rza Təhmasibin (ikinci rejissor) filmi.Kazımzadə, A. "Səbuhi" – 70: Kino tariximizdən: [rejissoru Rza Təhmasib olan eyni adlı film haqqında] //Mədəniyyət. — 2011.- 6 iyul.- S. 11. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir.
Məzmun Film Azərbaycan maarifçisi, dramaturqu və filosofu Mirzə Fətəli Axundovun həyat və fəaliyyətindən bəhs edir. Burada Mirzə Fətəli öz xalqının sədaqətli oğlu, dövrünün qabaqcıl ideyaları uğrunda alovlu mübariz kimi göstərilmişdir.
Film Axundovun həyatının vacib detallarını göstərir: əlifba islahatı üçün Türkiyəyə səfəri, ilk tamaşa, xalqın maariflənməsi üçün verdiyi çabalar, mübarizə...
Filmin əsas məziyyətlərindən biri budur: müəlliflər Axundov vasitəsilə xalqı ətalətdən, kədərdən, bədbinlikdən çırpılıb hərəkətə, mübarizəyə səsləyir.
Film haqqında Film bəstəkar Tofiq Quliyevin kinoda ilk işidir. Film rejissor Rza Təhmasibin kinoda ilk işidir.
Səhv Filmdə Axundovla Tubu xanımın toyunda Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasından bir musiqi səslənir. Halbuki bəstəkar bu əsəri dramaturqun ölümündən 32 il sonra 1910-cu ildə yazıb.
Filmin heyəti
Filmin üzərində işləyənlər
Ssenari müəllifi : Mikayıl Rəfili Quruluşçu rejissor : Amo Bek-Nazarov İkinci rejissor : Rza Təhmasib Quruluşçu operator : Dmitri Feldman Operator : Əsgər İsmayılov Bəstəkar : Tofiq Quliyev Rəssam (eskizlər) : V. Kaplunovski Səs operatoru : Ağahüseyn Kərimov Qrim rəssamı : Georgi Parisaşvili Rejissor assistenti : M. Y. Volodin, Qəmər Salamzadə, Aleksandr Popov Montaj üzrə Assitent : Zeynəb Kazımova Filmin direktoru : İ. Beqak, Teymur Hüseynov Geyim rəssamı : İsmayıl Axundov Rejissor Köməkçisi : M. Hüseynov Operator assistenti : Leonid Koretski Mahnı İfa edən : Zülfü Adıgözəlov( Aşıq Səttarın oxuduqları) (titrlərdə yoxdur)
Rollarda İsmayıl Dağıstanlı-Axundov Hüseynqulu Sarabski-Aşıq Səttar Kazım Ziya-Şeyx Əli Leyla Bədirbəyli-Tubu Ələsgər Şərifov-Mirzə Şəfi Ağadadaş Qurbanov-Bakıxanov Möhsün Sənani-Vano L. M. Xotivari-Orbeliani K. Pipinaşvili-Abovyan L. Alekseyev-İvan Vladimir Belokurov (V. Belokurov kimi)-Bestujev Anatoli Smiranin-Roqov Xeyri Əmirzadə-Rəcəb İsmayıl Əfəndiyev-Rza Ə. Həsənov-Adıgözəl N. Perestiani-Knyaz Vorontsov Əli Qurbanov-Ağalarov Əhməd Qəmərlinski Rza Darablı Mustafa Mərdanov-Akademiya Rəisi Atamoğlan Rzayev Hacıməmməd Qafqazlı Mirvari Novruzova-Gülüş M. Kazavetti-Baron Rozen Vasili Nikolski-İdarə Rəisi Rüstəm Kazımov-Şeyxülislam Ə. Abbasov-Nuxalı Qoca
İstinadlar
Mənbə Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. А. Бекназаров. Записки актёра и кинорежиссера. М., 1965, стр. 37. “Azərbaycanın kino tarixindən...” ["Kəndlilər", "İsmət", "Gilan qızı", "Fətəli xan" və "Səbuhi" filmləri haqqında] //Kino yenilikləri.- 1968, № 29-30. — səh. 7. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 40; 418. M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 64-66. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
Xarici keçidlər YouTube-da izlə YouTube-da izlə
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1941-ci ilin filmləri Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Mirzə Fətəli Axundov haqqında filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Tarixi filmlər Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanın ağ-qara filmləri Kateqoriya:Azərbaycanca filmlər