Arzu Cəlilova () — gənclər arasında bədii gimnastika üzrə I Dünya Çempionatının gümüş və bürünc, Avropa Çempionatının bürünc medal mükafatçısı. Arzu Cəlilova badii gimnasitka üzrə bir çox yerli və beynəlxalq turnirlərdə iştirak etmişdir.

Həyatı Arzu Cəlilova Natiq Cəlilov və Nigar Cəlilovanın ailəsində dünyaya göz açıb. Natiq Cəlilovun atası akademik Qurban Cəlilovdur. Arzunun atası hələ o dünyaya gəlmədən əvvəl avtomobil qəzasında dünyasını dəyişib.

Karyera Arzu 4 yaşında olarkən anası Nigar Cəlilova onu "Neftçi İdman Klubu"nun bədii gimnastika bölməsinə yazdırıb. 2012-ci ildə 8 yaşında bədii gimnastika üzrə Açıq Bakı birinciliyində həmyaşıdı gimnastlar arasında 2-ci yer tutur. Həmin ilin iyul ayında İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq turnirdə ölkəmizi təmsil etmiş və qızıl medala layiq görülmüşdür. Yenə həmin ilin oktyabr ayında XIX Bakı çempionatında azyaşlı bədii gimnastlar arasında 2-ci yer, 2013-cü ilin noyabr ayında Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə çoxnövçülük və alətsiz hərəkətlərdə birinci yer, iplə hərəkətlərdə isə 2-ci yer tutmuşdur.

Arzu Cəlilovanın digər uğurları aşağıdakılardır:

2014-cü il — Azərbaycan Çempionatı, 1-ci yer 2016-cı il — Beynəlxalq Turnir, "Baltic Cup", Rumiya, Polşa, 1-ci yer (çoxnövçülük)

Beynəlxalq Turnir "Miss Valentine", Tartu, Estoniya, 2-ci yer (top)

Bakı Çempionatı, Bakı, Azərbaycan 2-ci yer

Azərbaycan Çempionatı, Bakı, Azərbaycan, 1-ci yer

2017-ci il — Bakı Çempionatı, Bakı, Azərbaycan, 1-ci yer

Azərbaycan Çempionatı, Bakı, Azərbaycan, 3-cü yer

2018-ci il — Avropa Çempionatı, Quadalaxara, İspaniya, 3-cü yer (top) Beynəlxalq Turnir, Quadalaxara, İspaniya, 3-cü yer (komanda hesabı) "AGF Junior Trophy", Bakı, Azərbaycan, 1-ci yer (lent), 3-cü yer (komanda hesabı) "Riga Spring", Riqa, Latviya, 3-cü yer (komanda hesabı) 2019-cu il Beynəlxalq Turnir, Korbel-Esson, Fransa, 3-cü yer (lent, gürzlər) Beynəlxalq Turnir, "Irina Cup", Varşava, Polşa 2-ci yer (ip) Beynəlxalq Turnir, "AGF Junior Trophy", Bakı, Azərbaycan, 3-cü yer (ip) Beynəlxalq Turnir, Qdınya, Polşa 2-ci yer (top), 3-cü yer (gürzlər) Gənclərin Dünya Çempionatı, Moskva, Rusiya 2-ci yer (top), 3-cü yer (ip) 2021-ci il "Egyptian Pharaohs cup", eynəlxalq Turnir, Qahirə, Misir 3-cü yer (top) 2022-ci il 27-ci Azərbaycan çempionatı 1-ci yer (halqa), 2-ci yer (lent, top, çoxnövçülük), 3-cü yer (gürzlər) 2025-ci ilin martında karyerasını başa vurduğunu açıqlayıb.

İstinadlar